Vətənin ŞƏHİD ƏTRİ...

09:19 14-09-2022 | icon 4690 | Köşə
Vətənin ŞƏHİD ƏTRİ...

Bu tabut heç nəyə, heç bir məkana bənzəməz

TAHİRƏ QAFARLI

 
 

Ana Torpaq, Ana Vətən! Yenə səndən tər ŞƏHİDİNin ətri gəlir... Qürur, əzəmət, sevgi, qətiyyət, qorxmazlıq, kədər, göz yaşı ilə yoğrulan Şəhid adı, Şəhid ətri...

 
 
Ona qurulan tabut heç nəyə, heç bir məkana bənzəməz. Ona olan bu sevgi hissi heç bir həyat eşqi, sevgisi, mübarizəsi ilə müqayisə oluna bilməz...
 
 
Ana torpaq, yenə səndən pak Şəhid qanının ətri gəlir. Onda gələcəyə həyat verən böyük bir tilsim, böyük bir güc var. Onda birliyə haray var. O bizi mübarizəyə çağırır, Vətən üçün ölmək nədir, bizə anladır...
 
 
Ana Vətən səndən tər Şəhidin hənirtisi gəlir... O bizi düşmənlə son anımıza qədər döyüşə çağırır. Torpağın daşı, qayası onun hənirtisinə isinir, coşur...
 
 
Ana torpaqdan hələ cənazəsi soyumayan Şəhidin pıçıltısı, sözü gəlir. Deyir, mən bu vətən üçün min kərə can verməyə hazıram!!!
 
 
Öz canını torpağa əmanət verən Şəhidim!... Demək sən o torpağı qorumaq üçün canını ona əmanət qoydun. O torpaq səninlə daha da müqəddəsləşdi...
 
 
Can Şəhidim! Can deyirəm! Canım qurban yatdığın bu torpağa!...
 
Haydı vətən oğulları, haydı Şəhidinin qisasını almaq üçün düzlən!
 
Məni də öz cərgənə al!.. Düşmənə nifrət, qəzəb hissi ilə coşan qanımı qətiyyətli qisasınla sakitləşdir. Al qisasını, öldür yağı düşməni, qov torpağından. Ya qazi ol, ya Şəhid...
 
 
Vətən torpağı, səndən Şəhidin ətri, hənirtisi gəlir...
 
 
27 sentyabrda başlanan II Qarabağ zəfər savaşının havası gəlir. Bu dəfə qisasın tarixi 13 sentyabra düşdü. Bu dəfə müqəddəs Şəhidlik Zirvəsinə 50 əsgərimiz qalxdı və bayrağımızı 50 kərə, 50 guşəsində torpağa sancdı, ucaltdı!..
 
 
Vətən torpağından o bayrağa bürünən Şəhidin ətri gəlir... Bütün ruhu ilə o ətri ciyərlərinə çəkən vətənin hər bir övladı səninlədir, Vətən!...
 
 
Onun ürəyi yanır, gözlərindən yaş axacaq, düşmənə nifrəti artıb qisasını alacaq!
 
 
Bu Torpaqdan ŞƏHİD ƏTRİ, hənirtisi gəlir... YERİN CƏNNƏT ŞƏHİDİM...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı