Kolleclərə əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyatı BAŞLADI

11:19 14-09-2022 | icon 390 | Təhsil
Kolleclərə əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyatı BAŞLADI

Bu gündən ümumi orta təhsil bazasından kolleclərin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olanların qeydiyyatına başlanılır.

 

Versus.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, müraciət edənlər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

 

Xatırladaq ki, qeydiyyat sentyabrın 20-si saat 23:59-da yekunlaşacaq. Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI