“Xankəndiyə daxil olub öz qanuni haqlarımzı müdafiə etməliyik”-MÜSAHİBƏ

10:35 16-09-2022 | icon 341 | Siyasət
“Xankəndiyə daxil olub öz qanuni haqlarımzı müdafiə etməliyik”-MÜSAHİBƏ

 

 

 

Ermənistan 2020-ci ildə Rusiyanın da vasitəçiliyi ilə imzalanan üçtərəfli sazişin şərtlərinə uymur. Eləcə də son Brüssel danışıqlarından sonra sülh sazişinin gündəm olması ilə bağlı çıxışlar etsə də, sərhəddə Azərbaycana tərəf atəşlər açır, sabitliyi pozur, hələlik Rusiya sülhməramlıların nəzarətinə daxil olan ərazilərimizdə qeyri-qanuni hərəkətlərini davam edirlər. Üstəlik, xaricdə yaşayan ermənilər Qarabağa səfərlər edir və bunlar da məhz sülhməramıların gözü qarşısında baş verir. Yaranmış vəziyyət regionda hansı situasiyanı yaradır və üçüncü Qarabağ savaşı labüddürmü?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Azad Vətən Partiyasının sədri Akif Nağı müharibəni istisna etməyib.

 

-Akif müəllim, Ermənistan hakimiyyətinin danışıqları pozması, Qarabağda qalan erməni tör-töküntülərinin -separatçılarının, Azərbaycan ərazilərində sülhü pozaraq yaratdığı gərginlik, formasından asılı olaraq 3-cü savaşın başlanmasına hansı zəmini yaratmış olur. Reallıq nədir?

 

-Qarabağda 3-cü savaş ola bilər. Görünən odur ki, ermənilər 30 illik işğal dövründən sonra 44 günlük müharibə aldıqları dərsi unudublar. Bu 30 ildə başa düşməliydilər ki, dünyada onları müdafiə edən havadarları müharibədə kənarda dayandı, prosesə müadaxilə edə bilmədi. Torpaqlarımz illərlə işğal altında qaldı, nəhayət Azərbaycan toparlandı, öz gücünə, beynəlxalq hüquqa əsaslanaraq toraqlarının işğaldan azad olunmasına başladı və indi bu işi yekunlaşdırır. Ermənilər çox xülyalarla yaşadılar. Bilməliydilər ki, Azərbaycanla ərazi iddiası ilə oyun oynamaq olmaz.  Çox təəssüf ki, əsas nəticəni çıxartmırlar. Yenə də öz məkirli niyyətlərindən əl çəkmirlər. Amma bilməlidirlər ki, ermənilərin 90-cı illərdə torpaq iddiası ilə atdığı addımlar necə məntiqsuz idisə, indi də separatçılıq əməlləri ilə sabitliyi pozmaları, sülhə gəlmək istəməmələri məntiqsizdir. O vaxtlar Rusiyaya arxalanırdılar, amma indi Rusiyanın özü də çətin vəziyyətdədir. Rusiya II Qarabağ müharibəsinə müdaxilə edə bilmədi.  Bunu guya Rusiyanın xoş niyyəti kimi dəyərləndirirlər, amma əslində Rusiya gücü olsaydı bu müharibəyə imkan verməzdi. Rusiya Azərbaycanla Türkiyənin gücü qarşısında geridə dayanmalı oldu. İndi Ukraynada çox ağır vəziyyətə düşüb və Qarabağda yeni bir cəbhənin açılmasında maraqlı deyil. Ona görə də ermənilərin indiki şəraitdə bu addımları atması bir qədər donkixotluq kimi görünür. Bu mənada Azərbaycanın hər an antiterror əməliyyatları  keçirməsi mümkündür.

 

-Mövcud reallıqda Rusiyanın “sülhməramlı” missiyası ilə “humanitar” ad altında atdığı addımlar nəyə yönəlikdir?

 

 

-Heç şübhəsiz ki, Rusiya burda özünün mövcudluğunu qorumağa çalışır. Bu da Ermənistan rəhbərliyinin qeyri-adekvat addımlarına rəvac verir. Bütün hallarda, bir ovuc erməni Qarabağda nə iş görə bilər, hansı hərəkatı yarada bilər?! Onların heç bir gücü yoxdur.  Sadəcə bu, Paşinyanın öz aləmində hiyləgər siyasətidir. Rusiya Qarabağda özünə plazdarm saxalayır. Bunun üçün də orda bir qurum yaradıb onlara hərbi dəstək vermək istəyir və atəşkəsin pozulması, hərbi hücumların vasitəsi ilə Azərbaycana təsir etməyə çalışır. Məqsəd budur. Lakin Azərbaycan özünün zəfər yoluna irəliləyəcək və bunun üçün də lazım gələrsə hərbi gücə güvənəcək.  

Heç şübhəsiz ki, Azərbaycan Qarabağda baş verənləri görür və istər Rusiyanın, istərsə də Ermənistanın qarşısında sərt şərtlər qoymalıdır. Bəyan etməlidir ki, əgər danışıqlara gediriksə və Rusiya vasitəçilik edirsə buna  düzgün əməl etməlidirlər. Məlumdur, 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatlar dayandırıldı. Rusiya tərəfindən xoş niyyətlər ifadə olunur. Prezident bildirir ki, “Qarabağ Azərbaycan ərazisidir, başqa söhbət ola bilməz”.  Sonra ifadəsini dəyişib dedi ki, “beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir”...  Fərqi yoxdur, Azərbaycanın addımı nədən ibarət olmalıdırsa, onu yaxşı bilir.

 

-Belə vəziyyətdə Azərbaycan hansı addımı atmalıdır?

-Birincisi, Rusiyanı xəbərdar etməlidir ki, ikili oyunlardan, yanaşmalardan əl  çəksinlər. Beynəlxalq təşkilatları məlumatlandırmalıdır ki, biz humanist addım atırıq, hətta bizə qarşı törədilən cinayətlərin üzərindən müəyyən mənada keçirik. Bölgədə sülh yaransın deyə, Xocalı, Qaradağlı, Quşçular, Malıbəyli, Ağdaban, Ballıqaya faciələrinin cinayətkarlarının cəzasının beynəlxalq məhkəmələrdə verilməsini gözləyirik. Ermənilərin törətdiyi soyqırımların qarşısında biz yenə də regionda sabitlik olmasını istəyirik. Lakin ermənilər bu qədər törətdikləri cinayətlərin qarşısında yenə də sabitlik istəmirlərsə, biz hərəkətə keçəcəyik.  Azərbaycan hələ ki, yumşaq təzyiq formasından istifadə etməlidir. Necə ki, Fəqquxa, Laçın şəhərində, kəndlərində nəzarəti ələ aldı, bu prosesi eynilə də davam etdirməlidir. Həmin qayda ilə daxili qoşunları, hərbi qüvvələri Xankəndinə daxil olmalıdır.  Xankəndiyə daxil olmaq üçün arada böyük bir məsafə də yoxdur.  Səhər 5-də başlayıb, günortaya qədər artıq Xankəndidə nəzarəti ələ almaq olar. Əgər sülhməramlılar və erməni silahlıları tərəfindən müqavimət göstərən olacaqsa o zaman lokal hərbi əməliyyatlar keçirtmək olar. Mən düşünürəm ki, heç bir müqavimət olmayacaq. Çünki erməni silahlıları Azərbaycanın gücü qarşısında heç nə edə bilməzlər.  Xankəndiyə daxil olub öz qanuni haqlarımzı müdafiə edib, erməni silahlılarını tərksilah etməliyik.

 

-Akif müəlllim, məlum olduğu kimi digər xarici ölkələrdə yaşayan ermənilər yenə də sülhməramlıların nəzarəti altında olan dəhlizlərdən rahat şəkildə Qarabağa keçirlər. Eləcə də Xocalının Naxçıvanlı kəndində sülhməramlıların nəzarətində olan ərazidən Xankəndiyə yol çəkilir. Ermənilər sülhməramlılarla birgə yenə də öz bildiyini edirsə, o zaman hansı addımları atmalıyıq?

-Sülhməramlılar öz missiyasını düzgün yerinə yetirmirlər. Görünən odur ki, Rusiyanın Qarabağdakı oyunları davam edir. Əslində Rusiya “sülhməramlı missiyanı” üzərinə götürməklə nə Azərbaycana, nə də Ermənistana yaxşılıq etmək fikrində deyil. Rusiya o ad altında regiona daxil olmaq istədi və bunu etdi. Rusiya “sülhməramlı” adı altında  regionda özünün hərbi gücünü yerləşdirib hansısa formada mövqelərini  möhkəmləndirməyə çalışır və guya “ermənilərin təhlükəsizliyini” təımin edirlər. Amma 10 noyabr razılaşmasında “təhlükəsizliyin təmin edilməsi” ilə bağlı heç bir məsələ yoxdur. Sülhməramlılar hərbi əməliyyatların dayandırılması üçün Azərbaycan və Ermənistan hərbi qüvvələri arasına ayrıca bir qüvvə kimi bölgəyə daxil olub. Onların başqa bir səlahiyyəti yoxdur.  Eləcə də milyonçu Vardanyanın Qarabağa köçmək iddiasında da Rusiya faktoru var.  Necə ola bilər ki, Rusiyada böyük iş quran, milyardları olan Vardanyan birdən-birə rahat həyatını qoyub Qarabağa gəlmək istəsin. Vardanyan Rusiyanın Qarabağda yaratmaq istədiyi separatçı ehtiyat variantdır. Məlumdir ki, guya Qarabağda “Müqavimət hərəkatı” yaratdılar.  Ola bilər ki, onu Arutunyanın yerinə gətirsinlər, yeni qruplar toplasınlar. Yəni Rusiyanın Qarabağda qurduğu planın tərkib hissələri ara sıra özünü göstərir. Amma hesab edirəm ki,  bu plan iflasa uğrayıb.  Vardanyanın Qarabağla bağlı missiyası alınmayıb. Məlumdur ki, o Xankəndindən sonra Fransaya getdi. Əgər onu Qarabağa Rusiya göndərmişdisə, Fransa səfəri nə ilə bağlıdır. Bilirik ki, Fransa ilə Rusiyanın dəstəyini eyni zamanda qazanması çətindir. Çünki bu iki dövlət arasında ziddiyətlər var. Ola biəlr ki, Vardanyan başqa erməni mərkəzlərinin sifarişi ilə oyunlar oynayır.  Bütün hallarda Azərbaycan bunu bilir və heç şübhəsiz ki, lazım gəldiyi məqamda antiterror əməliyyatı keçirdəcək və buna məcburdur. (Həftə-içi)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür