"Məsuliyyət Ermənistan hakimiyyətinin üzərindədir"

10:44 16-09-2022 | icon 353 | Siyasət
"Məsuliyyət Ermənistan hakimiyyətinin üzərindədir"

Mətin Məmmədli: “Səbəb Ermənistan ordusunun diversiya fəaliyyətidir”

 

Ermənistan ordusu Azərbaycan sərhəddində atəşkəsi pozmaqla regionda sülhün bərqərar olmasına əngəl törədir. İşğalçılıq missiyasından əl çəkməyən Ermənistan hakimiyyəti, ordusu sülhə adekvat cavab vermir. Silahını yerə qoymayan Ermənistan adekvat cavabını alır. Bu dəfə Azərbaycan Ordusu “Qətiyyətli cavab” əməliyyatı ilə Ermənistandan Azərbaycanı hədəfə alan atəş nöqtələrini susdurub. Görünən odur ki, erməni mənfur ordusu yenə də Dəmir Yumruq istəyir. Vəziyyət gərgin olaraq qalır.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli bildirib ki, Ermənistan-Azərbaycan sərhəddində vəziyyətin gərginləşməsinə səbəb Ermənistan ordusunun diversiya fəaliyyətidir.

 

Onun sözlərinə görə, dünən gecədən başlayaraq ermənilərin intensiv atəşləri davam edib və Ermənistan ordusu Laçın, Kəlbəcər və digər ərazilərdə diversiya fəliyyəti göstərib. Azərbaycan Ordusu Ermənistanın təxribatçı fəaliyyətinə lazımi adekvat cavab verib. 

 

Siyasi ekspert bəyan edib ki, Ermənistan son iki ilə yaxın dövr ərzində, yəni 10 noyabr bəyanatından sonra üzərinə götürdüyü öhtəliklərin bir qismini  həyata keçirməyib. Bu günə qədər Qarabağda yerləşən erməni hərbi birləşmələri mövcudluğunu davam etdirir:

 

“Həmin üçtərəfli bəyanata uyğun olaraq Ermənistan kommunikasiyaların açılması məsələsini həyata keçirməyib.  İki ölkə arasında aparılan sülh danışıqlarında Ermənistan müxtəlif bəhanələrlə sülh prosesinin ləngiməsinə səbəb olan addımlar atır”. 

 

M.Məmmədli bildirib ki, Azərbaycan Ermənistanı sülh müqaviləsi imzalamağa təşviq edir və sülh müqaviləsinin qarşılıqlı olaraq ərazi bütövlüyünün tannması prinsipinə əsaslanmasına çalışır:

 

“Ermənistan buna da adekvat  cavab vermir.  Eləcə də Azərbycan sərhədlərin delimitasiyası ilə bağlı dəfələrlə təkliflərlə çıxış etsə də, bu məsələdə də Ermənistan  pozucu, qeyri-konstruktiv mövqe nümayi. elətdirir.  Bir sözlə, Ermənistan Azərbaycan konstruktiv mövqe nümayiş etdirdiyi bütün məsələlərdə  sülh prosesinin əsas istiqamətləri üzrə qeyri-adekvat mövqe nümayiş etdirir ki, bu da davamlı olaraq  Azərbaycanla Ermənistan arasında vəziyyətin gərginləşməsinə səbəb olur”. 

 

M.Məmmədli bildirib ki, bölgədə, ümumiyyıtlə Cənubi Qafqazda daavamlı sülhə nail olmağın yeganə yolu hər iki ölkə arasında ciddi problemlərin həllinə nail olmaqdır:

 

Məsələlər həl olunmadan gərginlik artacaq. Burda da əsas məsuliyyət Ermənistan hakimiyyətinin üzərindədir. Ona görə də Azərbaycan Ermənistanın qeyri-konstruktiv mövqeyinə sərhəddə törətdiyi təxribatlara cavab verməli olur. Bizim prinsipial mövqeyimiz dəyişməzdir. Bu mövqe ondan ibarətdir ki, nəhayət bölgədə davamlı sülh olsun. Bunun da yolu hər iki ölkə arasında normal münasibətlərin qurulmasından keçir”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI