"Bu Xocalı soyqırımını törədən ermənidir"-Təhlil

10:55 16-09-2022 | icon 634 | Gündəm
"Bu Xocalı soyqırımını törədən ermənidir"-Təhlil

 

 

 

 

Ermənistan dövlətinin, xalqının revanşist xisləti uzun illərdir bizə bəllidir və illərdir Azərbaycan dövləti və xalqı bunu öz həyatında görür. Biz 44 günlük mahribədə Ermənistanın Bərdəyə, Tərtərə, Gəncəyə atdığı qadağan olunmuş raketlərlə  yüzlərlə mülki vətəndaşlarımızın -uşaqların, qocaların, qadınların ölümünə səbəb olmalarını, mülki yaşayış sahələrimizin dağıdıldığını gördük. Bu faktlar bu gün də meydanda durur. Görünən odur ki, Ermənistan müharibəni də xaincəsinə aparır və heç bir beynəlxalq hüquq normalarına əməl etmir.

 

 

Bunu Versus.az-a  hərbi ekspert Elxan Şıxəliyev  erməni hərbi qüvvələrinin  sərhəd ərazilərindən Azərbaycanın mülki şəxslərini atəşə tutması ilə bağlı faktlara diqqət çəkərkən bildirib.

 

Onun sözlərinə görə, bu gün də erməni hərbi hissələrinin Azərbaycanın sərhəd kəndlərində mülki əhalini atəşə tutması təsadüfi və yaxud gözlənilməz hal deyil.  

 

“Biz Ermənistanı 30 illik işğal dövründə daha yaxşı tanıdıq.  Biz erməni xislətinin nədən ibarət olduğunu bilirik. Ermənistan hər zaman müharibələrdə, döyüş bölgəsində uduzduğu zaman əllərindəki kartı mülki əhaliyə qarşı istifadə edən cinayətkarlardır. Bunun kifayət qədər nümunələri var. Xüsusən də hələ birinci Qarabağ savaşı dövründə Xocalıda, Ağdabanda soyqırımları törədən, mülki əhalimizi əsir götürən, onlara işgəncələr verən məhz bu ermənilərdir. Ermənilər 44 günlük müharibə dövründə də əməliyyatlar səhnəsində ordularını qoyub ərazidən qaçandan sonra Gəncəni, Tərtəri, Bərdəni beynəlxalq konvensiyalara görə qadağan olunmuş raketlələ bombaladı.  Təbii ki, bu o ermənidir ki, siyasi iddialarını hərbi fəaliyyətlərə çevirəndə ondan ilk növbədə mülki əhaliyə qarşı istifadə edirlər. Hələ II Qarabağ savaşı dövründə Tap-Qaraqoyunlu, Tərtər, Füzulinin kəndlərini atəşə tutub siyasi şantaja əl atırdılar. Yəni bu xislətə malik olan həmin bu erməni ordusu, həmin bu erməni hakimiyyəti, həmin bu erməni xalqıdır.  Onların indi də öz güclərindən mülki şəxslərimizə qarşı istifadə edəcəkləri istisna olunmur. Ermənilər mülki əhaliyə qarşı müxtəlif silahlardan istifadə edərkən hansı cəzanı aldıqlarını da unutmamalıdırlar. Eləcə də Tovuz hadisələrində  rəhmətlik milli qəhrəmanlarımız Polad Həşimovu, İlqar Mirzəyevi şəhid edən zaman bunun qarşılğını necə aldıqlarını yaxşı xatırlamalıdırlar”.

 

E.Şıxəliyev bildirib ki, Azərbaycanın müharibəni necə sivil, beynəlxalq hüquqa uyğun olaraq aparmalarının nümunələri var.  Onun sözlərinə görə, 44 günük müharibə dövründə Azərbaycan tərəfindən heç bir mülki obyektlərə zərər verilmədi və dünya da bunu yaxşı bilir.

Hərbi ekspert qeyd edib ki, halbu ki, müharibədə Qarabağda yaşayan erməni əsilli əhalini yerlə-yeksan  eləməyimiz üçün qarşımızda heç bir maniə yox idi.  Onun sözlərinə görə, öz ərazilərimiz olsa da, Xankəndindən bizə atəşlər açıldığına görə o şəhəri də əhali qarışıq yerlə -yeksan edə bilərdik. 

“Amma beynəlxalq təşkilatlar mülki əhalinin, obyektlərin vurulmasına görə Azərbaycanı qınamadılar. Ona görə ki, biz zəiflərə -mülki əhaliyə qarşı gec işlətmirik, bizim xislətimiz budur. Bizim müharibəni sivil qaydada aparmağımıza dair prinsiplərimiz var. Siyasi və hərbi iradəmiz birbaşa müharibənin də konvensiyalara uyğun aparılmasına yönəlikdir”. 

Hərbi ekspert qeyd edib ki, müharibələrin də qaydaları var. Onun sözlərinə görə, müharibə o demək deyil ki, hər kəs istədiyi kimi qırmızı xəttləri keçə bilər.  Belə deyil.

“Lakin Ermənistan üçün qırmızı xəttlər yoxdur.  Gələcəkdə Ermənistana qarşı istifadə olunacaq əsas reparasiya faktlarından biri də ermənilərin konflikt zonalarında bizim bölgələrdə törətdikləri vandalizm hərəkətlərinə, mülki əhaliyə qarşı apardıqları genosid siyasətinə qarşı atacağımız addımların əsasını təşkil edəcək.  Ermənilər rayonlarımızı, mülki əhalimizi atəş altında saxlasalar da, gələcək də bunun məsuliyyətindən qaça bilməyəcəklər.  Ona görə də nə qədər ki, sülh sazişi yoxdur, tərəflər sərhədlərini tanımayıb,  qeyri -qanunu birləşmələr çıxarılmayıb, Zəngəzur dəhlizi açılmayıb Ermənistan tərəfindən atılan belə qeyri-qanuni addımlara da hazır olmalıyıq”.

 

Hərbi ekspert hesab edir ki, erməni vandallığı dünya ictimaiyyətinə çatdırılmalıdır. Onun fikrincə, informasiya müharibəsi ilə ermənilərin iç üzünü bir daha açıb göstərməliyik.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol