“ Ermənistan Azərbaycanı buna məcbur edəcək”-MÜSAHİBƏ

17:06 16-09-2022 | icon 367 | Siyasət
“ Ermənistan Azərbaycanı buna məcbur edəcək”-MÜSAHİBƏ

 

 

Ermənistan atəşkəsi pozmaqda davam edir. Artıq aramsız davam edən erməni atəşləri “Qətiyyətli cavab” əməliyyatı ilə susduruldu. Ermənistan tərəfi isə yaratdığı bu qarşıdurmadan böyük xəbərlər düzəldərək, yenə də özlərini binəva kimi təqdim edib beynəlxalq ictimaiyyəti üzərimizə qaldırmağa çalışırlar.

 

Azərbaycan Brüsseldə aparılan danışıqlarından müsbət nəticə gözlədiyi bir vaxtda Ermənistan məkirli oyunları ilə hay-küy yaratmaqda davam edir. 

Erməni mənfurlar müharibəni alovlandırmaqla regiondakı vəziyyəti niyə gərginləşdirməyə çalışır. Kimdir bu dığaları, əcaib məxluqları təxribata körükləyən. Niyə başqasının torpağına iddia edib, silahlı təxribatlar törətməkdən çəkinmirlər, çəkindirilmirlər?

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə  verən Xocalının, Şuşanın deputatı Elman Məmmədov çox ciddi və həllini gözləyən təxirəsalınmaz məqamlara diqqət çəkib.

 

 

-Elman müəlllim, Azərbaycan üçtərəfli sazişə uyğun olaraq Ermənistandan özünün qeyri-qanuni silahlı birləşmələrini ərazilərimizdən çıxarmasını, atəşi dayandırmasını gözlədiyi bir vaxtda, erməni separatçıları atəşkəsi intensiv şəkildə pozmaqda davam edir, üstəlik Rusiya “Sülhməramlıların” nəzarətində olan Xocalının Naxçıvanlı kəndindən Xankəndiyə yol çəkirlər. Ermənilərin atəşkəsi intensivləşdirməsinin səbəbi nədir?

-Dediyiniz Naxçıvanlı kəndindən Xankəndinə yol var. Naxçıvanlı kəndindən asfalt yol gəlir Əsgəran qəsəbəsinə, ordan da gedir Xankəndinə. Əgər onlar ikinci yol çəkirlərsə, o zman bu yol Naxçıvanlı kəndindən, Kəklik dağının üstündən Harop kəndindən keçib Xankəndinə birləşəcək. Ancaq o dağ yoludur, çox çətin yoldur. O yol bir növ araba yolu kimidir. İndi yəqin ki, o yolu təmir edib hərbi məqsədlər üçün istifadə edəcəklər.

Siz deyirsiz ki, bu yol sülhməramlıların gözü qarşısnda çəkilir. Əvvəla bunlar sülhməramlı deyil. Onlar Rusiya dövlətinə məxsus hərbi kontingentdir. Heç kim bunlara “sühməramlı” mandatı verməyib, bunlar özü-özlərinə “sülhməramlı” deyirlər.  Amma Azərbaycan ərazilərinə gəldikləri gündən də erməniməramlılıqla məşğuldurlar. Rusiya hərbi kontingenti ermənilərə hər şəraiti yaradırlar. Onlar ermənilləri maliyyələşdirir, yanacaq verirlər. Bəs Rusiyadakı cinayətkar erməni necə gəlib Xankəndində oturub. Onu ruslar özü ora gətiriblər, müdafiə edirlər, qoruyurlar. Təlxək Paşinyan Vladivastoka gedib-gələndən sonra sərhəddə atəşkəs daha da insevləşdi, oyunlar təzədən başladı. 

 

-Ermənilər hərbi təxribatları intensivləşdirməklə nəyə nail olmağa çalışırlar? Qarabağda başlatmaq istədiyi üçüncü savaş onlara nə verə bilər?

 

-Qarabağda baş verən bu prosesin səbəbi aydındır. İndi də bütün dünyaya səs salıblar ki,  Azərbaycan Ermənistana hücum eliyib, mülki əhaliyə atəş açıb.  Bu növbəti erməni məkiri, erməni təxribatı, erməni şəridir.  Emənilər mütəmadi olaraq mövqelərimizi atəşə tuturlar, ərazilərimizi minalayırlar, qeyri-qanuni səfərlər təşil etməklə digər qanunazidd əməllərini davam edirlər. Azərbaycan sərhədlərini pozurlar. Yeni tikilən yoldan düşmənin nə qədər canlı hərbi birləşmələri, separatçılar, cinayətkarlar var ki, hamsı da Rusiya hərbi kontingentinin nəzarət etdiyi ərazilərdən ərazilərimizə daxil olurlar. Yəni regionda bütün problemi yaradan ermənilərdir.  Amma bunun günahını Azərbaycanın üzərinə yıxmaq istəyirlər.  Beynəlxalq aləmdə belə bir fikir yaratmaq istəyirlər ki, guya Azərbaycan Ermənistan ərazisinə müdaxilə edir.

Ermənilər bununla “bəlkə də qaytardılar” xülyalarını nümayiş etdirir, bu cür xəstə xəyallarla yaşayırlar. Ən böyük günahkarlar isə erməniləri bu xəstə düşüncələrə sövq eliyənlərdir, bunlara yalançı vəd verənlərdir. Çünki ermənilər tarixin heç bir dövründə müstəqil hərəkət edib, siyasət yürütməyiblər. Ermənilər həmişə xaricdən gələn pullarla, xaricdən verilən tapşırıqlarla idarə olunublar.  Bu gün də o cür davam edirlər.

Bu gün ermənilər bir tərəfdən də Rusiya tərəfindən idarə olunur. Rusiya yaxşı düşünsə bir qədər ehtiyatlı olar.  Çünki Qərb erməniləri Cənubi Qafqazda ikinci Ukraynanı yaratmağa hazırlayır. Rusiya bunu götür-qoy edib ermənilərin bu təxribatlarının qarşısını almaq üçün çalışmalıdır. Rusiya Ukraynadakı aqibətini gözünün qabağına gətirməlidir. Hansı ki, bunu Qərb Rusiya üçün hazırladı. İndi də Qərb hərtərəfə oynamağı bacaran, çox mahir oyunçu olan ermənilərdən istifadə eliyib yenidən  aranı qarışdırmaq istəyir. Təlxək ermənilər də bu fitfalara, bu vədlərə inanıb düşüblər ortalığa. Ancaq bunlar fikirləşməlidir,  44 günlük müharibənin dərslərindən nəticə çıxarmağı bacarmalıdırlar. O müharibədən sonra keçən bu iki ilə yaxın müddətdə  Azərbaycan ordusunun vaxtaşırı keçirdiyi antiterror əməliyyatlarının nəticələrindən dərs almalıdırlar. Əminəm ki, ermənilər bu yoldan əl çəkməsələr Ermənistan adlı dövlətin mövcudluğu sual altında qala bilər. Azərbaycan öz ərazilərini və öz əhalisini qorumaq üçün lazımi tədbirlər görməyə qadirdir, görür və görəcəkdir.  Ermənilərin sərhəddə diversiya hərəkətləri Azərbayacanı məcbur eliyəcək ki, öz sərhədlərindən təhlükəsizliyini təmin etmək üçün bir az da irəliyə gedərək bir bufer zonası yaratsın.  Ermənistan Azərbaycanı buna məcbur edəcək. Onlar bizi məcbur edəcəklər ki, yeni çəkilib ermənilərin nəzarətinə verdiyimiz yolda Rusiya hərbi kontingentinə etibar etməsin və öz qoşunlarını o ərazilərdə yerləşdirsin. Ermənilər nəticə çıxartmasalar onların varlığı sual altına düşəcək. Ermənilər fikirləşə bilmirlər. Cənab Prezident dediyi kimi Dəmir Yumruq həmişə bunların başlarının üstündə olmalıdır. Bunlara güc nümayiş elətdirməlisən.  Bunlar güc görəndə sülhə gəlib yerlərində otururlar. Yəni ermənilərdən Dəmir Yumruğu əksik eləmək lazım deyil. Çünki normal insan kimi başa düşmürlər.

 

-Son Brüssel danışıqlarında guya erməni baş naziri sülh gündəliyindən danışdı. Amma Ermənistana qayıdan kimi əks bəyanatlarla çıxış etdilər, yenə “status”, yenə “ATƏT-in Mİnsk” Qrupu, yenə ermənilərin təhlükəsizlik məsələsindən danışdılar. Fransa, ABŞ səfirlərinin Şuşa səfərindən imtinası və paralel sərhəddə Azərbaycana qarşı atəşləri intensivləşdirmələri... Ermənistan maşa dövlətidirsə, digər dövlətlərin bölgədə hansı oyunları gedir?

-Regionda gedən oyunun əsas ideyası, məqsədi bəllidir. Bu gün Cənubi Qafqaz uğrunda Rusiya ilə Qərb arasında qanlı bir savaş gedir. Qərb Rusiyanı Cənubi Qafqazdan çıxartmaq üçün çalışır.  Rusiya da Qərbi Cənubi Qafqaza buraxmamaq üçün çalışır. Onlar üçün maşa Ermənistandır. Rusiya və Qərb hər biri öz maraqları baxımından bu maşadan istifadə edib münaqişənin qarşısını alırlar. Buna görə də təhlükə bir dəqiqə də sovuşmur.  Çünki bu maraqlar Cənubi Qafqazada toqquşur. Ermənilər də tarixən belə düşünürlər ki, mahir oyunçulardır və hər iki tərəflə oynamağı, bəhrələnməyi  bacarırlar.  Ancaq fikirləşmirlər ki, elə tarix boyu daş buna görə başlarına düşüb. Burda nə Qərb, nə də Rusiya ermənilərlə “əmioğlu” deyil.   Erməniləri köçürüb bizim tarixi torpaqlarda ona görə dövlət qurublar ki, daim bizə qarşı alət kimi istifadə etsinlər.

-Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə sanki əldə olunmuş müəyyən razılaşmalardan sonra Ermənistanın Qarabağda gərginlik yaratması və bunun məhz Rusiya və ABŞ-ın maraqlarının toqquşması üzündən baş verdiyi ehtimalını irəli sürsək, necə hesab edirsiz, sərhəddə yaranan gərginlik həm də, Brüssel danışıqlarını sıfırlamağa və bir vasitəsi kimi Avropa İttifaqının mövqeyini zəiflətməyə yönələ bilərmi?

- Əlbəttə ki, məqsəd həm də budur. Bu gün beynəlxalq aləmdə baş verən hadisələrə baxın: Ukraynada gedən müharibənin dünyada yaratdığı duruma nəzər salın. Ukraynada Avropa və Qərb Rusiyaya qarşı dayanb, ümumilikdə bu deyilməsə də Ukraynada  faktiki 3-cü dünya müharibəsi gedir.  Qərblə Amerika bir tərəfdən, Rusiya digər tərəfdən.  Belə olduğu təqdirdə bu üç dövlət ermənilərin, elə özlərinin də iddia etdiyi kimi bir təşkilatda birləşib nəyisə həll edə bilərlər. Bu üç dövlət 30 il müddətində torpaqlarımızn işğaldan azad olunması ilə bağlı nəsə bir iş gördülər, yox! Yalnız başımızın altına “sülh danışıqları” yastığını qoymaqla məşğul idilər. Bu gün biz bəyan edirik ki, Azərbaycan öz məsələsini həll edib və daxili işlərimizə qarışmayın, gedin işinizlə məşğul olun. Cənab Prezident dəfələrlə deyib ki, biz öz məsələmizi özümüz həll eləmişik, indi nə istəyirsiz, siz bu təlxək dövləti, milləti qızışdırıb niyə ortaya atırsız?! Axı onlar ağıllanmasalar, sizin dediklərinizlə, sizin fitfanızla oturub dursalar Ermənistan dövlətinin sonu gələcək.  Ermənistan Azərbaycanın tarixi ərazilərində qurulub. Bizi məcbur edəcəklər ki, biz öz tarixi torpaqlarımızı geri alaq.

-Elman müəlllim, artıq Türkiyədə ekspertlər belə təhlillər verirlər ki, ermənilər Azərbaycanda sərhəddə atəşkəsi pozmaqla Türkiyəni də oyuna qatmaq istəyirlər. Türkiyənin bu prosesdə hədəfə alınması nəyə hesablanır?

-Bu böyük oyundur. Bu gün maraqlı güclər Yunanıstanı da silahlandırıb Türkiyəyə qarşı qoymaq istəyirlər. Neçə illərdir Türkiyə Rusiyadan S-400 qırıcılarını almaq üçün Qərb, ABŞ Türkiyəyə düşmən kəsilib.  Eləcə də həmin Qərb Türkiyə ilə Rusiyanın yaxınlaşan münasibətlərindən ehtiyat edərək Ermənistanı qızışdırıb ortaya salır ki, müharibə alovlansın və bu da Türkiyə ilə Rusiya arasında qarşıdurmaya səbəb olsun.  Ona görə də bu böyük oyunlardan uğurla çıxmaq üçün daha çox ermənilər diqqətli olmalıdır. Ermənilər fikirləşməlidirlər ki, onlar 100 il qabaqkı – 1915-ci ildəki həyatı yenidən yaşaya bilərlər.

 

-Biz Azərbaycan daxilində “sülhməramlı”ların  xeyrimizə olmayan təxribatçı davranışlarını müşahidə etməkdəyik. Paralel bu gün Azərbaycan ordusu sərhəddə erməni diversantlarına, hərbçilərinə qarşı “Qətiyyətli cavab” verdi. Daxilimizdə qalan erməni separatçılarına qarşı hansı qətiyyətli addımlar atılmalıdır ki, Xocalı, Xankəndi və digər əraziləri nəzarətə götürək?

-Rusiya sülhməramlılıarının müharibə bitər-bitməz gəlib Qarabağda yerləşməsi ilk gündən bizim üçün bir təhlükə mənbəyi olub. Ermənilər bu məqamdan da özləri üçün istifadə etmək məqsədi güdə bilər.  Belə ki, separatçılar təxribatlar törətməklə Azərbaycan ordusunu antiterror əməliyyatı keçirməyə məcbur edərlər. Ola bilər ki, bu əməliyyatlar zamanı  ermənilər, elə sülhməramlıların özləri qəsdən Rusiya hərbi kontengentinə zərər yetirsinlər.  Ermənilər bununla Rusiya- Azərbaycan arasında münasibətləri pozmağa çalışa bilər. Heç şübhəsiz ki, bu da təxribatlar proqramına daxildir.

Amma düşünürəm ki, cənab Prezident bütün bunların hesblayıb diqqətli və qətiyyətli addımları ilə prosesin yumşaq həllinə çalışacaq. Bütün hallarda Dəmir Yumruq da yerindədir. Ümidvaram ki, proseslər addım -addım Azərdbaycanın məqsəd və maraqlarına doğru irəliləyəcək. Bu gün də Ordumuzun “Qətiyyətli cavab”-ı əbəs yerə verilmədi. Ermənilər bundan dərs almalıdır. (Həftə-içi)

 

Tahirə Qafarlı

Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları