Ölkəmizin çoxvektorlu xarici siyasətində duran əsas xətt


Mətin Məmmədli: “Ölkəmizin uğurlu siyasətinin də əsas özəlliyi bundan ibarətdir”
“2016-cı ildə ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusunda iştirak edir. Bu təşkilatın tədbirlərinə qatılmağın əsas səbəbi ölkəmizin belə bir statusa sahib olmasıdır”.
Versus.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Zirvəsindən hansı “baqajla” qayıdacağı və əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.
M.Məmmədli bildirib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı və bu təşkilata daxil olan ölkələrlə yaxın əməkdaşlıq əlaqələri qurub:
“Azərbaycan çoxvektorlu siyasət yeridir və bu cür xarici siyasətin fəlsəfəsinə uyğun olaraq təbii ki, dünyada bəllli bir iqtisadi, siyasi, hərbi təşkilatlarla əməkdaşlıq etməlidir. Bu təşkilatlardan biri də Şanxay Əməkdaşlığı Təşkilatıdır”.
M.Məmmədli qeyd edib ki, bu gün Azərbaycan dünyanın digər təşkilatları ilə də, məsələn NATO, Avropa İttifaqı və digətr təşkilatlarla da yaxından əməkdaşlıq edir və bu əməkdaşlıq bir -birinə mane olmur:
“Ölkəmizin uğurlu siyasətinin də əsas özəlliyi bundan ibarətdir ki, həyata keçirdilən çoxvektorlu xarici siyasətdə müxtəlif istiqamətlərdə qurduğu əməkdaşlıq münasibətləri bir-birinə mane olmur. Ölkəmizin çoxvektorlu xarici siyasətində ilk növbədə təhlükəsizlik, siyasi, strateji, maraqlarının təmin olunması durur”.
PƏRİ
Versus.az
Xəbər lenti

Hərbçilərin mənzil təminatı ilə bağlı proqram HAZIRLANIR
Bu sənəddə hərbi şəhərciklərin yaradılması nəzərdə tutulur