Prezidentin Səmərqənd görüşü nə vəd edir?

16:29 17-09-2022 | icon 278 | Geopolitika
Prezidentin Səmərqənd görüşü nə vəd edir?

Rəşad Bayramov: “Səmərqənddə Azərbaycanın sülh gündəliyinin dəstəklənməsi olacaq”

 

Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşü dünya tərəfindən maraqla izlənir. Sammit  çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçirdiyi görüş, eləcə də Rusiya Prezidenti ilə üçtərəfli, təktərəfli görüşləri təhlil edən ekspertlər gündəlikdə müzakirə oluna biləcək  mükün hadisələrə diqqət çəkməklə maraqlı gözləntilərin olacağına fokslanıb.

 

Heç şübhəsiz ki, son aylarda Ermənistan tərəfindən Azərbaycan ərazisində törədilən təxribatlar, sülh prosesinə maniə törədən əməllər də bu görüşlərin müzakirə gündəliyində olmaqla bir sıra gözləntilər var.  Ümumən, Prezidentin Səmərqənd səfəri, Çin, Rusiya prezidenti ilə görüşlər. eləcə də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı müstəvisində beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından hansı əhəmiyyət daşıdığı maraqlıdır. Səmərqənd Zirvəsi Azərbaycan üçün hansı gözləntiləri vəd edir?

 

Politoloq Rəşad Bayramov Versus.az-a şərhində ilk olaraq 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunan Şanxay Əməkdaşlıq Təşkilatının əsas məqsədlərinin üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət, iqtisadiyyat, elm, texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsindən, eləcə də regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi üçün addımların atılmasından ibarət olduğunu önə çəkib.

 

Politoloq təşkilatın strukturuna diqqət çəkib:

 

“Təşkilatın son iclasında İranın tam hüquqlu üzv olaraq Memerandum imzalaması ilə hazırda Şanxay Əməkdaşlıq Təşkilatının -Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran olmaqla 9 üzvü var. Əfqanıstan, İran, Monqolustan, Belarus olmaqla 4 müşahidəçi üzvü, və Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı olmaqla 9 dialoq tərəfdaşı var.

Şanxay Əməkdaşlıq təşkiatına üzv ölkələrin əhalisi dünya əhalisinin 44 faizini, dünya iqtisadiyyatının isə 25 faizini təşkil edir.

Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusunun verilməsi 2016-cı il martın 14-ə təsadüf edir. Bununla bağlı Memorandum Pekində imzalanmışdı. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir”.

 

Politoloq bildirib ki, hazırda ŞƏT-ə Özbəkistan sədrlik edir və Azərbaycan Prezidenti də ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edir.

 

R.Bayramovun sözlərinə görə, ilk baxışdan ŞƏT üzvlərini əsasən iqtisadi maraqlar birləşdirsə də, qeyd olunduğu kimi təşkilatın Nizamnaməsində terrorizm, ekstremizm və separatizmə qarşı mübarizə də öz əksini tapıb ki, bu da ölkəmizin bu istiqamətdə ŞƏT-na üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlıq imkanlarına real şərait yaradır:

 

“Xüsusilə indiki məqamda, yəni sərhəd boyu baş vermis erməni təxribatları fonunda ŞƏT üzvlərinin bu istiqamətdə məlumatlandırılması olduqca vacibdir və prezidentin də bu imkandan istifadə edərək istər Türkiyə Prezidenti, istər Pakistan Baş Naziri, eləcə də Özbəkistan və Çin Prezidentləri ilə görüşdə bu məsələyə xüsusi diqqət yetirdiyinin şahidiyik.

Səfər çərçivəsində Rusiya, Qazaxıstan, Qırğızıstan liderləri ilə də görüşlərin keçirilməsi planlaşdırılır ki, burada da son erməni təxribatlarının masaya yatırılacağı şübhə doğurmur. Xüsusilə Qazaxıstan və Qırğızıstanın sərhəddə baş vermiş erməni təxribatına qarşı göstərdiyi adekvat cavabdan sonra müzakirə üçün bir sıra ortaq məqamların olması şübhəsizdir. KTMT-nin daxilində bu ölkələrin Ermənistana silahlı qüvvəllər göndərməməsi haqqında bəyanatın Ermənistan cəmiyyətində bomba effekti verdiyi məlumdur. Digər bir tərəfdən ŞAT həm də Cənubi Qafqazda sülhün qarantoru qismində çıxış edən iki ölkənin, Türkiyə və Rusiyanın təmsil olunduğu təşkilatdır. Bu isə o deməkdir ki, sərhəddəki son erməni təxribatları təkcə Azərbaycana qarşı deyil, Ermənistanın bu cür davranışı dolayısı ilə həm də faktiki olaraq Türkiyə və Rusiyanın da bölgədəki nüfuzuna zərbə vurur”.

 

Politoloq bütün bunları nəzərə alaraq Səmərqənd görüşündə Azərbaycanın sülh gündəliyinin dəstəklənməsi istiqamətində müəyyən razılaşmaların əldə olunacağına ümid etdiyini deyib.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı