1800 il yatmış sualtı vulkan oyandı

11:00 21-09-2022 | icon 437 | Maraqlı
1800 il yatmış sualtı vulkan oyandı

Yeni Zelandiya alimləri Taupo gölünün altında yerləşən vulkanda aktivlik müşahidə edib.

 

Vulkanın kraterində seysmik aktivlik və qruntun deformasiyası aşkar olunub. Qeyd edilir ki, vulkan sonuncu dəfə 1800 il əvvəl püskürüb.

 

Bu barədə Yeni Zelandiyanın “GeoNet” seysmik xidməti məlumat verib.

 

Yeni Zelandiya “supervulkanı” həmişə sakit olaraq səciyyələndirilib. “GeoNet” ilk dəfə olaraq vulkanda təhlükəlilik səviyyəsinin artdığı barədə xəbərdarlıq edib. Lakin alimlərin fikrincə, aktivləşmə əlamətləri hələki püskürmənin başlandığını deməyə əsas vermir.

 

“Püskürmə təhlükəsi hələki altı səviyyədən birincisi üzrə qiymətləndirilir. Vulkan üzərində təyyarələrin uçuşuna məhdudiyyət qoyulmayıb”, - deyə ekspertlər qeyd edib.

 

Seysmoloqlar isə əlavə ediblər ki, ən son cihazlar tərəfindən bəzi tektonik dəyişikliklər qeydə alınır. Bu cihazlar Yer qabığındakı ən kiçik dəyişikliklərə belə reaksiya verə bilir.

 

Taupo vulkanı sonuncu dəfə eramızın 200-cü ilində püskürüb. Bu zaman Yeni Zelandiyanın Şimal adasının çox hissəsi məhv olub. Bu püskürmə seysmoloqlar tərəfindən son beş min ildə planetin ən böyük püskürməsi kimi tanınıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...