Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş ədəbi bədii gecə keçiriləcək

13:58 18-01-2019 | icon 497 | Mədəniyyət
Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş ədəbi bədii gecə keçiriləcək

 

Fevralın 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, professor, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı ədəbi bədii gecə keçiriləcək.

Versus.Az Trendə istinadən xəbər verir ki, əsərləri hər bir azərbaycanlının qəlbində əbədi iz qoyan, dahi Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olan Süleyman Ələsgərov milli mədəniyyətimizə bənzərsiz musiqi əsərləri bəxş edib. Azərbaycan Televiziyası Mədəniyyət kanalının təşkilatçılığı ilə keçirilən konsertdə unudulmaz sənətkarımızın bəstələdiyi əsərlər səsləndiriləcək. Konsertdə Süleyman Ələsgərovun musiqisevərlər arasında sevilən “Gözəl Şuşa”, “Gözlə məni”, “Xəyala dalarkən”, “Düşüncə”, “Bilsəm sən gəlirsən”, “Neylərəm”, “Gözləyirəm”, “İlk xatirə” və digər mahnıları, romansları incəsənət ustalarının ifasında təqdim olunacaq.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardanəldə edə bilərsiniz.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi