İran xofa düşüb

07:33 22-09-2022 | icon 346 | Siyasət
İran xofa düşüb

Nizami Verdiyev: "İran İslam bayrağı altında oyunlarını davam etdirir”

 

“İran Cənubi Qafqazda Azərbaycanla bağlı siyasətində korrektələr etməlidir. Rəsmi Tehran nümayəndələri  Azərbaycanı  hədələyir.  Buna  cəhd  edən  və  istəkdə  olan  qüvvə məğlub olacaq”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət  Heyətinin katibi Nizami Verdiyev son vaxtlarda İranın Azərbaycana yönəlik çirkin siyasətinə münasibətində  bildirib.

 

ALDP yetkilisi qeyd edib ki, İran mürtəce siyasəti ilə dünyanı özünə düşmən edib:

 

“Bu günlərdə İranda bir gənc qadının bir baş örtüsünə görə döyülərək öldürülməsi biabırçılıqdır. Bu cür hadisələr İranda zaman-zaman baş verir. Milli azlıqlar, təhsil, din məsələsi ilə bağlı istənilən bir narazılıq olan kimi insanlar etiraza qalxır. İran özünü dindar ölkə kimi dünyaya təqdim edir, amma Xocalıda yüzlərlə qadın və uşaqlarımız əsir götürüləndə heç səsi çıxmadı. Bizim işğal olunan ərazilərimizdə ermənilərlə əl-ələ verib talançılıqla məşğul olmuşdular. İndi də Zəngəzur dəhlizinin açılması söhbəti gündəmə gələndə İranın reaksiyası birmənalı olmur. İran tərəfi xofa düşüb və qeyri-müəyyən açıqlamalarla Azərbaycana "hədə-qorxu” gəlir. Ayrı-ayrı İran rəsmiləri bəyan edirlər ki, hər vəchlə buna mane olacaqlar. Amma bəllidir ki, dünyanın böyük gücləri bu dəhlizin açılmasını istəyir. Və bu dəhliz açılacaq”.

 

 

N.Verdiyev vurğulayıb ki, İran dünyada terror təşkilatlarını dəstəkləyən, maliyyələşdirən bir ölkədir, Ermənistan da terror siyasətini həyata keçirən ölkədir:

 

"Özünü islam ölkəsi adlandıran İran Ermənistan tərəfindən minlərlə azərbaycanlının qətliamına göz yumdu. Məscidlərimiz dağıdıldı, təhqir edildi, viranə qoyuldu, İran susdu. Səbəblər aydındır – İran heç vaxt İslam dövləti olmayıb, İslam bayrağı altında oyunlar oynayır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür