"Pelosinin səfəri regionda gərginliyin artmasına yönəlib"

13:31 22-09-2022 | icon 298 | Siyasət
"Pelosinin səfəri regionda gərginliyin artmasına yönəlib"

Mətin Məmmədli: “ABŞ-ın Azərbaycanla münasibətlərinin korlanması bu ölkənin maraqlarına uyğun deyil”

 

“Son aylarda  istət Minsk Qrupunun reanimasiyası, istər münaqişənin bitməməsi ilə bağlı Amerika rəsmilərinin səsləndirdiyi fikirlər ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməklə, Cənubi Qafqaz maraqlarına təhdid kimi qəbul edilə bilər”.

 

Versus.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfəri və orada səsləndirdiyi cəfəng bəyanatları şərh edərkən bildirib.

 

Onun sözlərinə görə, ABŞ Nümayəndələr Palatasının spikerinin Ermənistana səfəri ilk növbədə Pelosinin və Demokratlar Partiyasının daxili siyasətindən irəli gəlir.  Siyasi ekspert hesab edir ki, noyabrda ABŞ-da Konqresə aralıq seçklər keçiriləck və Konqresin hər iki palatasına – Senata və Nümayəndlər Palatasına yeni nümayəndələr seçiləcək. Ekspert bildirib ki, bu seçkidə Konqresin hansı partiyanın nəzarətinə keçəcyi məsləsi var:

 

“Çünki Demokratlar hər zaman daha çox fəallıq göstriblər. Erməni lobbisinin diaspornun təsir imkanları daha çox demokratlar üzərindən olub və hər zaman erməni diasporasından həm maliyyə, həm siyasi dəstək alıblar”.

 

M.Məmmədli eyni zamanda bildirib ki, Nensi Pelosinin Ermənistan səfərinə  ABŞ-ın Cənubi Qafqaz siyasətinin tərkib elementi kimi də yanaşmaq olar. Onun sözlərinə görə, ABŞ xüsusilə də postmünaqişə dövründə və 10 noyabr sazişindən sonra yeni reallıqlara uyğun adekvat siyasət yerinə yetirmir:

 

“Bir qədər də məsələyə geniş yanaşsaq Rusiya ilə Qərb-ABŞ arasında münasibətlərin hazırki vəziyyəti ölkəmizin geosiyasi əhəmiyyətini Qərb -Birləşmiş Ştatlar üçün daha da artırıb. Belə olan halda Birləşmiş Ştatların Azərbaycanla münasibətlərinin korlanması bu ölkənin maraqlarına uyğun deyil. ABŞ II Qarabağ savaşından sonra Rusiyanın, Türkiyənin regionda güclənməsinin qəbul etmir və Ermənistan üzərindən proselərə müdaxilə ertmək istəyir. Nəticədə bu regionun əsas dövləti ilə münasibətlərə təsir edir”.

 

M.Məmmədli hesab edir ki, Pelosinin Ermənistana səfəri Azərbaycanla Ermənistan arasında mübahisəli ərazilərlə bağlı qarşıdurmadan sonra baş tutsa da, bu səfər əvvəldən planlaşdırıb. O bildirib ki, bu gün Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətidir və xüsusən də II Qarabağ savaşından sonra ölkəmizin mövqeləri xeyli güclənib:

 

“İstənilən halda Pelosinin səfəri regionda sühün davam etməsinə deyil, gərginliyin artmasına yönəlib. Bu Pelosinin Ermənistanda səsləndirdiyi fikirlərlə təsdiq olunur”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı