"Soros uşaqları" Bakını hədələmək istədilər"

14:18 18-01-2019 | icon 1777 | Araşdırma
"Soros uşaqları" Bakını hədələmək istədilər"

 

Elçin Alıoğlu araşdırdı

Avropa Parlamenti Azərbayacanla bağlı daha bir qətnamə qəbul etdi. Sənədin əsasən və guya qayəsini gənc bloqer Mehman Hüseynovla bağlı situasiyanın "doğurduğu narahatlıq" təşkil etsə də, əslində, qətnamə çox geniş miqyaslı məsələlərə toxunur.

Sənəd Azərbaycana ultimatum, hədə və "ya dediklərimiz ediləcək, ya sanksiyalar gələcək" xəbərdarlığı kimi də səciyyələndirilə bilər.

Bu qətnaməni və onun qəbul olunmasının səbəblərini qısa da olsa, araşdırmağa çalışaq.

 

Sənədin özü

 

Avropa Parlamenti yanvarın 17-də "Azərbaycanda vəziyyət haqqında və Mehman Hüseynovun işi"-2019/2511 saylı qətnamə qəbul edib.

Parlamentin 28 ölkədən 751 üzvü var, onların 533 nəfəri qətnamənin lehinə, 28 deputat əleyhinə səs verib.

Qətnamə layihəsi Avropa Parlamentinə ALDE qrupunun 23 deputatı tərəfindən müzakirəyə çıxarılıb.

ALDE Azərbaycanda insan hüquqlarının, demokratiya və qanunun aliliyinin pozulması hallarının, xüsusilə Mehman Hüseynovun işinin müzakirəsini xahiş edib.

Qətnamədə deyilir ki, "Avropa Parlamenti demokratiya, insan hüquqları və qanunun aliliyi ilə bağlı Azərbaycan üzrə əvvəlki qətnamələri, hərtərəfli saziş üzrə Aİ-Azərbaycan danışıqları, həmçinin Avropa Şurası insan hüquqları komissarının və İnsan Hüquqları Komitəsinin, Avropa Şurasının bloger Mehman Hüseynovun işi ilə bağlı bəyanatlarını diqqətə alır".

Bununla əlaqədar Avropa Parlamenti blogerin təqib olunmasını, onun iki illik cəzasının daha 5-7 il uzadılması məqsədilə yeni uydurma ittihamların irəli sürülməsini pisləyir".

Daha sonra Avropa Parlamentinin qərarında vurğulanır ki, Avropa İttifaqı və Azərbaycan arasındakı əməkdaşlıq prinsiplərindən irəli gələrək "Avropa Parlamenti tələb edir".

Sənəddə 13 tələb var və onların arasında 5-ci maddə xüsusilə maraqlıdır.

Həmin tələbdə deyilir: "Təkidlə Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinin müstəqil qruplarının fəaliyyət imkanlarının təmin edilməsinə, onların fəaliyyətini məhdudlaşdıran qanunların ləğvinə çağırır. Bank hesablarının dondurulmasının aradan götürülməsinə, xarici maliyyələşdirmə ilə bağlı onlara imkan yaradılmasına çağırır".

Yəni Azərbaycan qarşısında şərt qoyulur ki, ölkədəki qeyri-hökumət təşkilatları (NGO) arasında adları olan və gerçəkdən də, "qeyri" olan strukturların ölkə sərhədlərindən kənardan maliyyələşdirilməsi ilə bağlı Azərbaycanda qəbul olunmuş qanunlara dəyişikliklər olunsun.

 

Məqsəd "Açıq Cəmiyyət İnstitutu", NED və s. kimi fondların, təşkilatların, qurumların birbaşa kontrolunda fəaliyyət göstərən QHT-lərin faktiki olaraq bərpasıdır.

Həmin QHT-lərsə postsovet məkanı ölkələri üçün illər əvvəl müəyyənləşdirilmiş ssenari üzrə hərəkət edirlər.

Məsələn, Corc Sorosun "Açıq Cəmiyyət İnstitutu" birmənalı olaraq MDB məkanında "rəngli inqilablar" vasitəsilə Qərb ideallarına kölə sədaqəti nümayiş etdirəcək qrupların hakimiyyətə gətirilməsini nəzərdə tutur.

"Kölə sədaqəti" mənim təhkiyəm yox, Sorosun fondlarından maliyyələşən təşkilatlar və xüsusilə də QHT-lərlə bağlı Macarıstanın baş naziri Viktor Orbanın 2016-cı ilin iyunun 11-da Budapeştdə söylədiyi ifadədir.

Xatırladım ki, Corc Sorsun doğulduğu Macarıstanda o, arzuolunmaz şəxs sayılır. Sorosun maliyyələşdirdiyi Mərkəzi Avropa Universiteti ölkədən qovulub, Soros Fondunun Budapeştdəki regional mərkəzi də bağlanıb.

Səbəb bəsitdir: rəsmi Budapeşt hesab edir ki, Corc Soros fondları, təşkilatları və bu qurumların səxavətlə maliyyələşdirdiyi yerli QHT-lər, ictimai fəallar, siyasətçilər və xüsusilə də müxalifətçilər vasitəsilə Macarıstanı nəzarət altına almağa çalışır.

Fransa, Avstriya, Çexiya, Polşa, Rumıniya, Bosniya-Hersoqovina, Serbiya, Yunanıstan, İtaliya - bu ölkələrdə də Corc Sorosun maliyyələşdirdiyi təşkilatların yoxlanılması prosesinə başlanıb.

Fransanın daxili işlər naziri Kristof Kastanerin dediyinə görə, ölkədəki "sarı jiletlilər" aksiyasının arxasında duranlardan biri də Corc Soros və "onunla birgə fəaliyyət göstərən xarici təşkilatlardır".

İspaniyada isə, ümumiyyətlə, Corc Soros "zərərli element" adlandırılıb.

Belədə təbii ki, ritorik təsir bağışlayan sual yaranır: gərçi Avropanın bir çox ölkələrində Corc Soros və NED kimi təşkitlatların fəaliyyəti ölkənin daxili işlərinə kobud müdaxilə sayılırsa, Azərbaycan eyni mövqeni nümayiş etdirib "Sorosun yerli uşaqları"ı maliyyə dopinqindən məhrum edirsə, nə üçün Bakı "xarici maliyyələşdirmənin məhdudlaşdırılması"nda suçlanır?

Sual sadəlövhdür və Avropa siyasətinin Yanus simasını ortaya qoyur.

Yanus isə romalıların əsatirlərində ikiüzlülük, riyakarlıq simvolu idi.

Kimdir troll?

"Hakimiyyətin trolları deyəcəklər ki, Avropa Parlamenti Azərbaycanın uğurlarına kölgə salmağa çalışır", "İqtidar mənsubları və onların adamları söyləyəcəklər ki, bəs həmin adamları ermənilər pulla ələ alıblar".

Tanış ifadələrdir, deyilmi? Azərbaycana təzyiq etməyə çalışıb Bakını hədələməyə qalxan, infuzoriya tərliyi şüurlu siyasətçilərin və amöb düşüncəli təşkilatların fəaliyyəti barədə söz deyən, yazan, tənqid edən bu sözlərə tuş olur.

Avropa Parlamentinin Azərbaycanla bağlı son qərarı, təbii ki, Ermənistananın və ermənilərin maraqlarına xidmət edən sənəddir. Fəqət, bu sənədin ermənilərin pulları ilə yaşayan siyasətçilərin fəaliyyəti nəticəsində qəbul edilməsini birmənalı olaraq yazmıram.

Çünki belə deyil. Olsaydı, nə vardı ki.

Qaba formalı, siyasi və diplomatik ifadələrin unudularaq hədələrlə əvəzləndiyi qətnamə layihəsinin de-yure müəllifləri Avropa Parlamentində ALDE qrupunun 23 deputatıdır.

 

2017-ci ildə yaradılmış ALDE (Alliance of Socialists and Democrats in the European Parliament) Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) 30 ölkədən olan 74 deputatı birləşdirən qrupdur.

Sosialistlərlə demokratları birləşdirdiyi bəyan edən bu qrupun ən fəal mənsublarından biri də Portuqaliya Sosialist Partiyasının funksioneri, 64 yaşlı Anna Mariya Qomeşdir.

Avropa Sosialist Partiyasının da üzvü olan Qomeş dünən AŞPA-da çıxış edib.

İsteriya həddinə çatmış çıxışında əslən Lissabondan olan bu deputat Azərbaycanı Salazarın dönəmindəki Portuqaliyaya bənzədib

1932-1968-ci illərdə Portuqaliyanı idarə etmiş Antoniu di Oliveyra Salazarın kim olduğu bəlli: diktator, qəddar siyasətçi, müxalifətə divan tutmuş adam.

Qomeşin fikrincə, Azərbaycana ciddi təzyiqlər edilməlidir.

Niyə?

O cümlədən ona görə ki, "gənc bloqer Mehman Hüseynovun həbsxanadan yazdığı məktub saxtadır".

"Salazarın vaxtında da həbsdə olanlara belə məktublar yazdırırdılar. Həmin məktublar təzyiq nəticəsində yazılır və Mehman Hüseynovun da məktubu o qəbildəndir. Utanmalıyıq! Ayıb olsun", - qəhvəyi "xlamida" geyinmiş Anna Mariya Qomeş səsinə mümkün qədər dramatiklik verərək qışqırırdı.

Anna Mariya Qomeş ixtisasca hüquqşünasdır və uzun illər Portuqaliyanın XİN-də çalışıb, hətta 2000-2003-cü illərdə İndoneziyada səfir də olub.

Yəni banal məntiqə görə, xanım Qomeş diplomatik etiketin nə olduğunu bilməli, AŞPA-da hər hansı ölkənin ünvanına "diktatura", "saxtakar" ifadələrinin söylənməsinin hansı məsuliyyət kəsb etməsini anlamalıdır.

A.Qomeş bloqer Mehman Hüseynovun məktubunun "təzyiq altında yazıldığını" iddia edəndə nəyə əsaslanır, hansı faktlara malikdir və sübutu varmı?

Cavab "yox"dur. O bildirib ki, "müstəqil mənbələrə və M.Hüseynovun işi ilə məşğul olan adamların rəyinə əsaslanır"

Qomeşin özünə qarşı ən absurd ittihamlar irəli sürərək "mənbə" qismində Lissabonun siyasət kuluarlarında veyillənən hansısa "müstəqil ekspert"in adı çəkilərsə, bu, nə dərəcədə məntiqi olardı?!

Qomeş bunu əla dərk edir, amma danışır. Bu zahiri paradoks onun Corc Sorosun strukturları ilə sıx bağlı olmasından irəli gələ bilər.

Bağlılığın əsası 1988-ci ildə, Anna Qomeş Strasburq Universitetinin nəzdindəki Beynəlxalq İnsan Haqları İnstitutunda yay kursunda olanda yaranıb.

Sözügedən institutun C.Sorosla əlaqələri barədə geniş məlumatlar əldə etmək istəyənlər Fransa siyasətçilərinin açıqlamaları, məşhur fransız jurnalistlərin araşdırmaları ilə tanış ola bilərlər.

 

İndisə Anna Qomeş "Sorosun adamları" (ifadə alman jurnalistlərə məxsusdur) kateqoriyasına aid edilən Rebekka Harms və Belçikanın sabiq baş naziri Gi Verhofstadla sıx işbirliyindədir. Həmin "çevrə"nin ən aktiv üzvlərindən olan Maykl Andersenin Ermənistana olan "fanatik sevgisi" isə əyani-aşikar sayılası məqamdır. Şübhələnənlər "Zeor Hedge"dəki araşdırma ilə tanış ola bilərlər.

Azərbaycana qarşı bəsit, obyektivlikdən çox uzaq, hədə səciyyəli qətnaməni siyasi trollinq nümunəsi də saymaq olar. Sənədin hazırlanmasında ALDE "müəllif" kimi göstərilsə də, gerçək müəlliflər kölgədədir.

Əsl müəliflər: tanış olun, "uşaqlar"dır

Bloqer Mehman Hüseynovla yanaşı, Azərbaycandakı mifik "siyasi məhbus"ların (konkret əməllərinə görə azadlıqdan məhrum edilmiş şəxslərin) azad olunmasını, QHT adı və "demokratik dəyişikliklər" pərdəsi altında zorən hakimiyyət dəiyşikliklərinə can atan - axı "rəngli inqilab"ların klassik ssenarisi bunu tələb edir - strukturlara xaricdən maliyyə axınının bərpasını "DƏRHAL!" tələb edən qətnamənin lehinə səs vermiş 533 deputatın siyahısına nəzər salaq.

226 deputat bu və digər şəkildə Corc Sorosun strukturları ilə birbaşa bağlı olan insanlardır.

AŞPA-da 751 deputatın olduğunu nəzərə alsaq, durum aydın deyilmi?

Üstəlik, Avropa Komissiyasının sədri, lüksemburqlu siyasətçi Jan-Klod Yunkerlə bir neçə dəfə görüşən və bu görüşlərin heç birinin (!) əsl müzakirə mövzularını açıqlamayan C.Sorosun AŞPA-dakı "yardımçı"larından sayılan Martin Şultsun ötən həftə bəhs etdiyimiz deputatların bəziləri ilə bir araya gəlməsi, həmin "mərhəm təmas"da Anna Mariya Qomeşin də iştirak etdiyi iddia olunur.

Yenə də Macarıstanın baş naziri Viktor Orbanın belə deputatlar və xüsusilə də Corc Soros barədə dediklərini xatırlayaq: "Corc Soros və onun "uşaqları" Avropa üçün çox ciddi təhlükəyə çevrilib. Bütün Avropa bəladadır, çünki AŞPA, Avropa Komissiyası, Avropa Birliyi konkret adamın maliyyələşdirdiyi marionetkaların təsiri altındadır. İnsanlar siyasətçilərə buna görə inanmır, hörmət etmirlər. Sorosun pulla ələ aldığı deputatların at oynatdıqları Avropa Parlamenti bizi, Avropanı intihara aparır"

 

Almaniya Yaşıllar Partiyasının funksioneri və Avronest Parlament Assambleyasının həmsədri  Rebekka Harms, Belçikanın sabiq baş naziri Gi Verhofstadt, Xorvatiyanın keçmiş baş naziri Tonino Pikula - dünən Avropa  Parlamentində qəbul edilmiş başabəla qətnamənin gerçək müəllifləri arasında yer alırlar.

R.Harms məsələ ilə bağlı azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Maraqlıdır ki, Avropa Parlamentində keçirilən təcili dinləmələrlə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Azərbaycan XİN-ə, nə də Azərbaycanın Brüsseldəki səfirliyinə hər hansı müraciət daxil olub.

Müzakirələr zamanı çıxış edən, Azərbaycanda insan hüquqlarından dəm vuran AP üzvlərindən heç biri nitqində fundamental hüquqları pozulmuş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünü heç yadına belə salmayıb.

Müzakirələrdə çıxış edən (müzakirələrdə iştirak edən Aİ-nin ən yüksək səviyyəli rəsmisi) Avropa İttifaqının ticarət komissarı Sesilia Malstrom öz nitqində Aİ-nin məsələni yaxından izlədiyini və Azərbaycan hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğulayıb və qeyd edib ki, Aİ diplomatik nümayəndələri M.Hüseynova baş çəkiblər, o, aclıq aksiyasını dayandırıb və səhhətinə ciddi təhlükə yaradan vəziyyət yoxdur.

 

Qətnamədə xüsusi ağırlıq verilən məqamlardan biri Azərbaycanda gey, lesbian və digər seksual azlıqların və ya LGBT icması adlanan şəxslərin hüquqlarının müdafiəsidir.

Digər "maraqlı" məqam bloqer Mehman Hüseynovun qardaşı Emin Hüseynovun qətnamə üzrə səsvermədən az öncə AP üzvlərinə təlaş içində elektron məktub ünvanlamasıdır. Məktubunda komissar S.Malstromun çıxışında M.Hüseynovun aclıq aksiyası keçirmədiyi sözlərindən böyük peşmanlıq keçirdiyi hiss edilən qardaş E.Hüseynov özü bunu "şok oldum" kimi yazır.

Əcəba, o, yüksək səviyyəli Aİ rəsmisinin həqiqəti dilə gətirəcəyini gözləmədiyi üçün şok keçirdib, yoxsa M.Hüseynovun əldə olunmuş razılığa əməl etmədiyindən dərin məyusluq keçirib?!

Strasburqa AP üzvləri ilə görüşlər keçirərək hər kəsi sifariş əsasında qurduqları şouya inandırmağa çalışan E.Hüseynovun səsvermə öncəsi deputatlara isterik şəkildə yazdığı müraciəti bir daha onu göstərir ki, bu insanı qardaşı M.Hüseynovun taleyi maraqlandırmır - ona sifariş aldığı mərkəzin ssenarisinin həyata keçməsi önəmlidir.

... Avropa Parlamenti növbəti siyasi şouya səhnə oldu. Nə yazıq ki, aktyorlar yaxşı qonorar alsalar da, rollarını çox bəsit oynadılar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...