Kök və brokkoli yeyən hamilələrin bətnindəki körpələrin reaksiyaları

07:52 23-09-2022 | icon 535 | Maraqlı
Kök və brokkoli yeyən hamilələrin bətnindəki körpələrin reaksiyaları

Salat bəzi insanlar üçün əvəzsiz qida sayılsa da, digərləri üçün bir qab tərəvəz yemək fikri daha çox cəza kimi səslənir. Tədqiqatlar isə göstərib ki, bu təkcə uşaqlara, yaxud yetkinlərə aid məsələ deyil, hətta hətta ana bətnin olan körpələrin də fərqli dad zövqləri olur.

 

Bu barədə Durham Universitetinin tədqiqatçıları maraqlı tədqiqat aparıblar. Onlar 18-40 yaş arası 100 hamilə qadının 4D ultrasəs müayinəsini aparıblar və ana bətnindəki körpələrin analarının yediyi qidaların dadına necə reaksiya verdiyinə baxıblar.

 

 

Qadınlara hər skandan 20 dəqiqə əvvəl 400 mq yerkökü və ya 400 mq brokkoli tozu olan kapsul verilib, bundan sonra başqa qidalar və ya ətirli içkilər istehlak etməmələri xahiş edilib. Bəzi hamilələr isə ümumiyyətlə heç nə qəbul etməyiblər. 

 

Nəticələr göstərib ki, hətta az miqdarda yerkökü və ya kələm dadlandırıcısı döldə reaksiyaya səbəb olmaq üçün kifayətdir.

 

Qadınlar yerkökü yeyəndə bətnlərindəki körpələr gülümsəməyə meylli  olublar, lakin kələm kapsulunu yeyəndə üz-gözlərini turşudublar.

 

 

“Skaner zamanı doğulmamış uşaqların kələm və ya yerkökü dadına reaksiyasını izləmək və bu anları valideynləri ilə bölüşmək həqiqətən heyrətamiz idi”, -  deyə tədqiqatın aparıcı müəllifi Beyza Üstün bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...