Nazirliyin işçisi faciəvi şəkildə öldü

11:36 26-09-2022 | icon 354 | Hadisə
Nazirliyin işçisi faciəvi şəkildə öldü

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin traktorçusu bədbəxt hadisə nəticəsində ölüb.

 

Hadisə sentyabrın 25-də Tovuzun Hacallı kəndində baş verib. Mərkəzin əməkdaşı, 1972-ci il təvəllüdlü Asif Şamilov ərazidə saxlanılan traktorun qəfil hərəkətə başlayaraq yoxuşdan üzüaşağı getdiyini görüb. O, özünü yetirərək traktoru saxlamağa çalışıb. Lakin bu zaman ehtiyatsızlıqdan traktorun altına düşərək ağır xəsarətlər alıb. Xəstəxanaya çatdırılsa da, 50 yaşlı kişini xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. /“Qafqazinfo”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sümüklərdə infeksiyalaşma - ƏLAMƏTLƏR və MÜALİCƏ

"Tarkanın hörmətsizliyinə özümüz günahkarıq"

AMİP-in Qurultayı keçirilib

SPECA həftəsinə Azərbaycanın ev sahibliyi etməsi nədən xəbər verir?

"Tarkan tamaşaçılara hörmətsizlik edib"

Günel Qurbanovadan “Dünyamın içində”-yə klip

Sumqayıtı tüstü bürüyüb

Hərbçilərin pensiya yaşı ARTIRILIR

“Napoleon” filminin premyeradan öncə NÜMAYİŞİ

Azad edilmiş ərazilərdə əhaliyə pay torpaqlarının verilməsi GÖZLƏNİLİR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Azərbaycanda ilk dəfə

Qadın karateçimiz ilkə imza atıb

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır