”Ali Baş Komandan Laçında bir çox mesajlar verdi”

 

12:59 26-09-2022 | icon 275 | Siyasət
”Ali Baş Komandan Laçında bir çox mesajlar verdi”
 

Aytən Qurbanova: "Önəmli mesaj Ermənistanın bu günə qədərki cinayətlərinə göz yuman beynəlxalq birliyə ünvanlanıb"

 

Prezidentin Laçın səfəri Ermənistana verilən növbəti xəbərdarlıq mesajları baxımından diqqətlə izlənir. Ermənistanın eləcə dünyanın bu çıxışlardan hansı dərsi götürməsindən asılı olmayaraq Azərbaycanın dövlət başçısı siyasi iradəni ortaya qoydu. Maraqlıdır beynəlxalq birliklər bu çıxışdan özləri üçün hansı nəticəni çıxaracaq?

 

Siyasi şərhçi Aytən Qurbanova Versus.az açıqlamasında bildirib ki, Ali Baş Komandan Laçında bir çox istiqamətdə açıq mesajlar verdi və bu mesajların ünvanları da məlumdur.

 

Onun sözlərinə görə, verilən bütün mesajlar Ermənistanın hərbi-siyasi hakimiyyətinə ünvanlanmaqla yanaşı, konkret şərtləri də özündə ehtiva edir:

 

“Əgər Ermənistan tərəfi post-müharibə dövrünün reallıqlarını qəbul etmədən danışıqlar prosesini uzatmaq və vaxt qazanmaq niyyətindədirsə, onda "Qisas" və "Qətiyyətli cavab" əməliyyatlarından dərs çıxarmalıdırlar. Çünki Azərbaycan Respublikası heç bir halda ərazi bütövlüyü məsələsində güzəştə getməyəcək.

İkincisi, Ermənistanı dəstəkləyən qlobal güclər də son hadisələri obyektiv qiymətləndirərək ədalətli mövqe nümayiş etdirməlidirlər. Belə ki, onların Ermənistanın təcavüzkarlıq siyasətini dəstəkləməsi və ya "telefon diplomatiyası" yolu ilə Azərbaycana təzyiq etmək niyyətləri proseslərin gedişatına təsir etməyəcəyi kimi, Azərbaycanın qətiyyətli mövqeyini də dəyişdirə bilməz.

Üçüncü və kifayət qədər önəmli mesaj isə Ermənistanın bugünə qədərki cinayətlərinə göz yuman beynəlxalq birliyə ünvanlanıb. Azərbaycan Respublikası bugün işğaldan azad olunmuş öz suveren ərazisində həyata keçirdiyi quruculuq işləri ilə paralel şəkildə ermənilərin təcavüzkarlıq siyasətinin bütün izlərini də sənədləşdirməkdə davam edir və qanuni haqlarını tələb edərək cinayətkarın cəzalandırılması üçün beynəlxalq tribunalarda çıxış edəcəkdir”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı