"Azərbaycan son iki ildə kifayət qədər irəliyə doğru addımlayıb"


Azər Hüseynov: "Hərbi qələbələrin əldə olunması Azərbaycan dövlətinin əldə etdiyi böyük nailiyyətlərdən biridir”
Sentyabrın 27-də Azərbaycanın öz torpaqlarını düşmən tapdağından azad etməsinin ikinci ili tamam olur. Azərbaycan II Qarabağ savaşının II ilini qeyd etməklə yanaşı, həm də Vətən Uğunda canından keçən Şəhidlərini böyük sevgi, qürur hissi ilə anır.
Vətən Müharibəsindən ötən bu 2 il ölkəmizə nələri bəxş etdi, beynəlxalq ictimaiyyətə hansı mesajlarını verdi?
Versus.az xəbər verir ki, bu istiqamətdə şərh verən siyasi təhlilçi Azər Hüseynov bildirib ki, Azərbaycan son iki ildə istər geosiyasi, istər geoiqtisadi baxımdan kifayət qədər irəliyə doğru addımlayıb. Onun szölərinə görə, dünyanın bir çox ölkələrində, eləcə də İranda ictimai sabitliyin olmadığı bir dövrdə Azərbaycanda sabitliyin olması, eyni zamanda hərbi qələbələrin əldə olunması Azərbaycan dövlətinin əldə etdiyi böyük nailiyyətlərdən biridir.
Müharibədən sonra ötən bu iki il ərzində cəmiyyətin bir çox problemlələ üzləşdiyini deyən A.Hüseynov bunu daha çox müharibədfən dönən qazilərin sosial təminatı ilə bağlı həyata keçirdilən fəaliyyətlərin bəzi hallarda daha çox effektiv olmaması ilə bağlı olduğunu bildirib. Onun fikrincə, belə hallar daha çox məmur və mexanizm problemləri ilə əlaqədardır:
“Bir sıra hallarda cəmiyyətimizdə cərəyan bu proseslərin arxasında hardasa qeyri-müəyyən qüvvələrin də durduğunu ehtimal etmək olar. Amma ümumilikdə, bu iki il ərzində Azərbaycan dövlətinin nüfuzunun artması, eləcə də onun Türkiyə ilə ittifaqının güclənməsi, eyni zamanda diplomatik vasitələrlə Rusiya təsirinin azaldılması bütün bunların hamısı təqdirəlayiq və önəmli məsələlərdir. Bununla belə bu iki il ərzində keçdiyimiz yol onu demyə əsas verir ki, biz regionda daha da güclənmək, böyük geosiyasi hədəflərə nail olmaq üçün Türkiyə ilə olan münasibətlərimizi daha da sıxlaşdırmalıyıq və onunla müxtəlif istiqamətlərdə daha dərin, geosiyasi, hərbi, iqtisadi konfiqurasiyalar qurmalıyıq”.
A.Hüseynov hesab edir ki, Azərbaycan dövlətinin gördüyü gözəl işlərdən biri tarixi torpaqlarına hüquqi miras olduğunü qaldırmasıdır:
“Bəli Azərbaycan 1918, 20-ci il sərhədləri ilə bağlı yenidən düşünməlidir. Əlbəttə ki, bu ilk öncə Ermənistanla bağlı olmalıdır. Digər qonşularımızla sərhəd məsələsinin qabardılmasının tərəfdarı deyiləm. Qonşularımız bizə qarşı ərazi iddiaları ilə çıxış etmirlərsə bizim də orda “qanamayan yerdən qan çıxarmağa” ehtiyacımız yoxdur. Amma Ermənistan dəfələrlə Azərbaycan torpaqlarına təcavüz etdiyinə görə sərhədlərin yenidən qurulması ilə bağlı fəaliyyətlər həyata keçirdə bilər”.
A.Hüseynov hesab edir ki, bu iki ildə qazanılan müvəffəqiyyətlərlə yanaşı, ölkədə idarəçilik sisteminin daha da dərinləşdirilməsi, dövlət və vətəndaş münasibətlərinin yaxşılaşdırılması, eyni zamanda qazi və şəhid ailələrinə daha da diqqət ayrılması yaxşı olardı:
“Biz bu gün II ilini qeyd etdiyimiz Vətən Müharibəsində canını qurban verən Şəhidlərimizə Allahdan rəhmət dilləyirik. Allah qazilərimizə şəfa versin, Ordumuza güc-qüvvət!..”
LƏMAN
Versus.
Xəbər lenti

“Xəzərin İrsi” - unikal sualtı-arxeologiya sərgisinin açılışı
Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından seçmə eksponatlar...