Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir

15:58 18-01-2019 | icon 499 | Siyasət
Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir


Versus.Az Milli Dirşəliş Hərəkatı Partiyasının Mehman Hüseynovla bağlı keçirilməsi nəzərdə tutulan Milli Şuranın mitinqinə partiya üzvlərinin iştirakına icazə verilməməsi ilə bağlı yaranan etiraz və sosial şəbəkələrdə yer alan təhqiramiz çıxışlarla bağlı bəyanatı təqdim edir. 
 
 
MDHP mətbuat xidmətinin bəyanatı
 
Mehman Hüseynov bəhanəsi ilə keçirilməsi nəzərdə tutulan Milli Şuranın mitinqində Milli Dirşəliş Hərəkatı Partiyası üzvlərinin iştirakına partiya rəhbərliyi tərəfindən icazə verilməməsi bəzi “vətənpərvərlər” tərəfindən özlərinə məxsus və yaraşar səviyyədə etirazla qarşılanmış və sosial şəbəkələrdə yer almışdır. 
 
Həbsdə olan Mehman Hüseynov məsələsi ictimaiətdə müzakirələrə səbəb oldu. Ən pis məqam isə ondan ibarətdir ki, bəzi qurumlar bu hadisədən öz məqsədi üçün yararlanmağa çalışırlar. Onlardan biri də Milli Şura adı altında fəaliyyət göstərən təşkilatdır ki, bu qurum güya Mehman Hüseynova azadlıq tələbi ilə mitinq keçirməyə qərar verib və bu aksiyaya dövlət tərəfindən rəsmi razılıq verilib.
Lakin, özlərinin elan etdikləri açıqlamadan da göründüyü kimi, mitinq təkcə Mehman Hüseynovla bağlı deyil, bir neçə tələblə keçirilməsi nəzərdə tutulur. Buradan da aydın olur ki, Milli Şura bu dəfə də həbsdə olan bir gəncin adından istifadə etməklə öz məqsədli tədbirini həyata keçirməyi planlaşdırır, ifşa olunduqdan sonra elektoratını itirən Milli Şura indi həbsdə olan bir gəncin adından istifadə etməklə öz tədbirinə müəyyən qədər kütlə toplamağa cəhd edir.
Rusiyada Moskva Cərrahiyyə İnstitunun akt zalında Vyaçeslav Volodinin birbaşa təşkilatçılığı ilə yaradılan Milli Şura bu dövlətin ölkəmizdə olan “5-ci kolonu” kimi dövlətçiliyimiz əleyhinə verilmiş tapşırıqları yerinə yetirməklə yanaşı, rəhbərlərinin bütün imkanlardan istifadə edib qrant əldə etmək hərislikləri artıq cəmiyyətə məlumdur. Hətta bunların üstü açıldıqdan sonra bir neçə partiyalar, ziyalılar, ictimai-siyasi xadimlər və s. həmin qurumu tərk etdi.
Milli Dirçəliş Hərəkatı Partiyası olaraq bəyan edirik ki, Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir- insanların duyğularından istifadə edərək öz məqsədlərini həyata keçirməyə çalışırlar. Bu məqsədlər mənfəət maraqları və dövlətçiliyimizə qarşı yürüdülən siyasətdən ibarətdir. Ona görə də biz nəinki Milli Şuranın çağırışlarına qarşı çıxırıq, ümumiyyətlə bu qurumun bütün fəaliyyətinə qarşı mübarizə aparırıq. İnsanları da, onlara alət olmamağa çağırırıq.
Volodinin uşaqları! Azərbaycana qarşı xüsusi missiya ilə yaradılmış Milli şuranın fəaliyyətinə dəstək verməkdir xəyanət və satqınlıq!
Milli şuranın üzvü və dəstəkçisi olub Fərəc Quliyevə irad tutan özünü Elçibəyçı kimi (yanında olub, yolunda olmayanlar)göstərənlər!
Elçibəyçilik isə Elıibəyin ideyaları ugruna mübarizə aparmaqdır. Bir lideri öldürmək onu fiziki mənada öldürmək deyil. Lideri öldürmək onun ideyalarını öldürməklə mümkündür. Milli Dirşəliş Hərəkatı Partiyası departamentlik institutu ilə fəaliyyət göstərir və Qarabağ departamenti, Qərbi Azərbaycan departamenti, Türk dünyası departamenti, Güney Azərbaycan departamenti, Borçalı departamenti, Dərbənd departamenti vasitəsilə Yolbayımız Əbülfəz Elçibəyin göstərdiyi Milli hədəflər ugruna fəaliyyət göstərir . 
Bir vaxt Elcibəyin hakimiyyətində olub (yanında olub, yolunda olmayanlar) falçılara inanib Elçibəyə inanmayan və rəsmi görəvi olmalarına rəğmən Bəyi meydanda tək qoyub gizlənən, Elçibəy dünyasını dəyişdikdən sonra, Bəyi mətbu orqanlarında təhqir etdirən ”yurd” rəhbərlərinin yanında yer alan və sonra xaricə qaçan “vətənpərvərlər” Fərəc Quliyevə irad tutmaları tarixin ironiyası yox tarixin söyüşüdür, Volodinin uşaqları!
Məhbus məsələsi isə bəhanənizdir.
İstənilən məhbusun, o cümlədən Mehman Hüseynovun azadlığı ilə bağlı isə F. Quliyevin munasibəti KİV-də ifade olunub.
Buyurun_: KIV-də yayımlanan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev məsələnin həll yollarından danışdı: “Mən də həbsdə olmuşam. Allah həbsdə olanların hamısının qapısını açsın. Amma bir şeyi deyim. Mehmanın yaxınlarına da tövsiyə etmişdim ki, ondan bir alət kimi istifadə olunmasına musadə etməsinlər. Bəziləri qrantlar ələ keçirmək üçün bunu fürsət bilib hərəkətə keçirlər, xaricdən söyüş kampaniyası təşkil olunur. Bunlar yersiz məsələlərdir. Hesab edirəm ki, media kapitanlarının, ziyalıların, Mehman ailəsinin lap lazım gələrsə, deputatların müraciəti ilə həll etmək lazımdır. Mən də düşünürəm ki, məsələni böyütməyə dəyməz. Mehman bir müddətdir həbsdədir və onun azad edilməsi üçün addımlar atmaq mümkündür.” (Qeyd edək ki, deputatlardan biri kimi Fərəc Quliyev də nəzərdə tutulur).
Göründüyü kimi Milli Şuranın “vətənpərvər” cəfakeşlərinin hədəfi məhbusların azadlığı deyil. Ağaları Volodinlə birgə hədəfləri qarşılarında hər zaman maneə olan Milliyyətçi düşüncə və bu düşüncənin daçıyıcılarıdır.

Bizimsə hədəfimiz Bütöv Azərbaycandır.

Volodinlər yolumuza nə qədər zir-zibil toksə də, onları tapdalayaraq yolumuza davam!


 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür