"Bu cür reformaların aparılmasına böyük ehtiyac var”

16:06 18-01-2019 | icon 542 | Təhsil
"Bu cür reformaların aparılmasına böyük ehtiyac var”

 

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Təhsil Nazirliyinə tabe olan Akkreditasiya və Nostrifikasiya İdarəsi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, Təhsil İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi, Respublika Elmi-Pedaqoji Kitabxanası, “Təhsil”  Respublika İdman Mərkəzi ləğv olunub.

 

Fərmandan çıxarışa əsasən,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsi ləğv edilir. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, Azərbaycan Respublikası Təhsil İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi və Respublika Elmi-Pedaqoji Kitabxanası vahid qurumda,  Respublika Bədən Tərbiyəsi Mərkəzinin və “Təhsil” Respublika İdman Mərkəzi də ayrıca vahid qurumda birləşdirilir.

 

Versus.Az AzEdu.az-a istinadən xəbər verir ki, bunu sabiq təhsil naziri, professor Firudun Cəlilov açıqlaması zamanı ləğv olunan və birləşdirilən  qurumların  fəaliyyəti barədə danışıb. O, atılan addımı müsbət qiymətləndirib:

“Bu qurumların hamısını Müəllimlərin Təkmilləşdirilmə İnstitutu adı altında birləşdirmək olar. Bir qurum olsa, kifayət edir. Eyni işlə məşğul olan 40 quruma ehtiyac yoxdur.

Akkreditasiya və Nostrifikasiya  ümimiyyətlə, artıq qurumdur. Nazirliyin tərkibində bir-iki adam bu işlə məşğul olsa kifayət edir. Bunun üçün ayrıca idarənin açılmasına ehtiyac  yoxdur.  İdarəçilikdə yuxarılardakı qurumlar  nə  qədər az olsa, o iş bir o qədər  yaxşı gedər. İdarəçiliyi aşağılara, institutlara, məktəblərə vermək daha yaxşıdır. Bu mənada, bu cür reformaların aparılmasına böyük ehtiyac var”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin