Deputatdan şəhid ailələri ilə bağlı ÇAĞIRIŞ

13:04 01-10-2022 | icon 402 | Siyasət
Deputatdan şəhid ailələri ilə bağlı ÇAĞIRIŞ

 

Qənirə Paşayeva: "Qurumlarımızı bu mövzuda daha həssas olmağa çağırırıq"

 

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin payız sessiyasının ilk plenar iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişikliklərin müzakirəsi vaxtı çıxış edərək, bir sıra önəmli məqamlara toxunub.

 

Versus.Az xəbər verir ki, Komitə sədri qanun lahiyəsini, ümumiyyətlə Şəhid ailələrinə qayğını, dəstəyi özündə ehtiva edən bütün sənədləri dəstəklədiklərini vurğulayıb:

 

"Cənab Prezidentin rəhbərliyi, hörmətli Mehriban xanımın diqqəti, qayğısı ilə görülən işlər hamımız üçün örnəkdir. Biz də bu yay aylarında yenə şəhid ailələri ilə çoxsaylı görüşlər keçirdik, qayğıları ilə yaxından maraqlandıq. Biz hər zaman gördük ki, onlar dövlətimizdən, cənab Prezidentin diqqət və qayğısından çox razıdırlar. Sadəcə bəzi məsələlər var ki, o məsələlər əslində bölgələrdə, qurumlarda həll oluna bilər".

 

Q.Paşayeva bunun üçün bəzi qaydalarda dəyişikliklərə ehtiyac olduğunu qeyd edib:

 

"Şəhid valideynlərinin ən çox qaldırdığı məsələlərdən biri şəhidlərimizin adının ayrı-ayrılıqda əbədiləş­dirilməsi ilə bağlı məsələdir. Hər birinin dediyi söz budur: Biz bu gün həyatda varıq, sabah yoxuq. İstəyirik ki, övladımızın adı bir küçədə, bir parkda, bir meydanda, bir məktəbdə, mədəniyyət evində yaşasın.

Bölgələrimizə, millət vəkili olduğum Tovuz rayonuna nəzər yetirəndə görürük ki, kifayət qədər adsız küçələr, parklar və.s var. Ən çox şəhid verən rayonlarımızdan biri Tovuz rayonudur; kifayət qədər küçələr, park, meydan, keçidlər, bütün imkanlar var və şəhid adlarının əbədiləşdirilməsi həyata keçirilə bilər. Biz də hər zaman Nazirlər Kabinetinə məktublar yazıb, müraciətlər edirik. Buradan da təkrar müraciət edirik. Parklara, küçələrə, meydanlara şəhidlərimizin adının verilməsi məsələsi yerli icra qurumlarına həvalə olunarsa, bu proses daha da sürətlənər. Başa düşürük ki, mədəniyyət evləri Mədəniyyət Nazirliyinə, məktəblər Təhsil Nazirliyinə tabedir; lakin kəndlərdə küçə, park və meydanlara şəhid adlarının verilməsi, şəhidlərimizin adının əbədiləşdirilməsi səlahiyyəti yerli icra qurumlarına verilərsə, proses daha da sürətlənər. Əgər ailələr küçələrin, parkların şəhidlərimizin adlarına rəsmi olaraq verildiyini görərlərsə, bu mövzu ilə bağlı müraciətlər də ciddi surətdə azalar. Təhsil və mədəniyyət qurumlarımız da daxil olmaqla bütün qurumlarımızı bu mövzuda daha həssas olmağa çağırırıq".

 

Millət vəkili bildirib ki, narahat edici ikinci bir məsələ toy edib, ailə qurub, övladları dünyaya gəlib lakin rəsmi nikaha daxil olmayan şəhidlərin ailələri ilə bağlıdır:

 

"Mənim yanıma belə bir şəhid xanımı gəlmişdi. Bildirdi ki, onun kimi bəzi şəhid xanımı bu problemdən əziyyət çəkir. Övladlarına şəhid övladı statusu verilsə də, özləri şəhid ailəsi statusu ala bilmirlər. Əgər bu cür ailələrdə şəhidin övladı şəhid övladı statusu daşıyırsa, demək, bunun qanunvericiliklə və ya rəsmi prosedurla həll edilməsi mümkündü ki, şəhidin xanımı da “şəhid ailəsi” statusunu ala bilsin. Çünki o xanım gələcəkdə övladı ilə tək başına ev növbəsinə durmalıdır. Bunun üçün də ona şəhid ailəsi statusu çox önəmlidir. Bu məsələnin həllini tapmasını da aidiyyatı qurumlardan xahiş edirik”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin