ABŞ-da danışıqlara qoşuldu; sülh müqaviləsi nə vaxt bağlanır- MÜSAHİBƏ

15:59 01-10-2022 | icon 611 | Siyasət
ABŞ-da danışıqlara qoşuldu; sülh müqaviləsi nə vaxt bağlanır- MÜSAHİBƏ

 

 

 

Ermənistan Azərbaycanla sərhəddə təxribatları davam edir, terror həyata keçirir və üstəlik özünü dünyaya haqlı göstərərək manipulyasiya edib dünyanın digər güc dövlətlərini prosesə qoşmağa çalışır. Ermənistan üçtərəfli saziş, daha sonra Moskva, Brüssel razılaşmalarına əsasən öz öhtəliklərini yerinə yetirməli və Azərbaycanla sülh müqaviləsini bağlamaq üçün gözlənilən sülh sənədinin mətnini hazırlamalıdır.

Ermənistan Sülh Müqaviləsini uzatmaq üçün, həm təxribatlar törədir, həm də danışıqlar prosesinin vasitəçi tərəflərini artırmaqla, konkret ABŞ-ı, Fransanı bu prosesə qoşmaqla nəyə nail olmağa çalışır?

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov mühüm məqamlara diqqət çəkib.

 

 

-Rəşad müəlllim, Ermənistanın sərhəd təxribatları bu gün də davam edir və danışıqlar prosesinə yeni bir oyunçunu -ABŞ-ı da daxil etdi. Ermənistanın danışıqlarda ABŞ-dan istifadə etməsi hansı maraqlardan dolayı ortaya çıxdı. ABŞ-ın prosesə qoşulması üçtərəfli sazişi sıfırlaya, yaxud gözlənilən sülh müqaviləsini nə vaxta qədər uzada bilər?

 

-Paşinyan diplomatik müstəvidə sülhdən boyun qaçırmağın mümkün olmadığını gördüyü üçün təxribatlar yolunu seçib. O, Rusiyanın vasitəsi ilə aparılan danışıqlarda nəticə əldə edə bilməyəcəyini,  artıq davamlı şəkildə üçtərəfli sazişin yerinə yetirilməsi məcburiyyətində olduğunu başa düşdüyündən həmin dövrdə müəyyən kampaniyalar apardı. Brüsselə mütəmadi səfərlər, xarici işlər nazirlərinin görüşü və sair kampaniyalar aparmaqla ona nail oldu ki, Brüssel də danışıqlar prosesinin tərəfi olaraq prosesə qoşuldu. Və biz sonrakı 1 ildə Brüsseldə liderlər səviyyəsində keçirilən 4 görüşün şahidi olduq. Nəticədə Paşinyan gördü ki, Brüssel görüşü də onun maraqlarına cavab vermir. Çünki Brüssel sıfırdan hər hansı danışıqlar aparmaq imkanına malik deyildi və əvvəlki razılaşmaları inkişaf etdirməli idi. Proses bu istiqamətdə getdi. Nəticədə Ermənistanın üzərinə ilkin öhtəliklərdən başqa əlavə öhtəliklər də qoyulmağa başladı.  Belə ki, Brüssel razılaşmasında Üçtərəfli sazişdə nəzərdə tutulmayan sərhədlərin delimitasiyası, demorkasiyası,  humanitar məsələlər, Azərbaycanın I Qarabağ savaşında 4 min insanı haqqında məlumatların verilməsi də öz əksini tapdı. Və son nəticədə avqustun 31-də sülh sazişi imzalanması üçün xarici işlər nazirlərinin sentyabrın sonuna qədər görüşməsi və sülh sazişinin ilkin variantının hazırlanması ilə bağlı konkret bir öhtəlik götürüldü.  Ermənistanın bundan qaçması lazım idi.  Çünki Paşinyanın bu şərtlərlə Azərbaycanla sülh müqaviləsini imzalaması nəticə etibarilə Ermənistanın daxilində Paşinyan əlehdarlarının əlinə bir fürsət verəcəydi və hakimiyyətini təhlükəyə atmış olardı. Ona görə də Paşinyan düşündü ki, bir az da vaxt udsun və növbəti formata-ABŞ formatına üstünlük verməyə başladı.  1 il qabaq necə Brüsseli oyuna çəkmişdilərsə, indi də eyni qaydada ABŞ-la bağlı kampaniya aparıldı və nəticədə göz qabağındadır: ABŞ-da Prezident köməkçisinin tərəflərlə görüşü, Ermənistan Təhlükəsizlik Şurasının sədri ilə görüşü, xarici işlər nazirlərinin səfərləri  və sair...Yəni ABŞ artıq  danışıqlar prosesində növbəti oyunçu olaraq iştirak edir. Amma məsələ bundadır ki, istəyir ABŞ olmur kim olursa olsun, bu danışıqları sıfır nöqtəsinə qaytarmaq mümkün deyil. Sıfır nöqtəsi üçtərəfli bəyanatı bir kənara atmaq deməkdir.  Bu da o deməkdir ki, düz İrəvana qədər gedib çıxmaq məsələsi ortaya çıxır. Ona görə də istənilən ölkə danışıqlar aparanda əvvəlki müzakirə olunan və razılaşdırılmış məsələləri masaya qoyur və onu inkişaf elətdirir. ABŞ -ın danışıqlara başlayandan sonra meydana çıxan bəyanat ondan ibarətdir ki, “tərəfləri sülh sazişi üzərində işləməyə çağırırıq”. Əgər Brüsseldə “sülh sazişi imzalanmalıdır” nöqtəsi qoyulubsa, ABŞ yenidən sıfıra qayıda bilməz. Yenə də üçtərəfli  saziş ortaya qoyulur, ondan sonra Brüsseldə razılaşdırılmış məslələr orataya qoyuur və bu inkişaf elətdirilir. Sadəcə problem ondadır ki, bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəməyən təkcə Ermənistan deyil. Sülh sazişini istəməyən Rusiya var. Çünki sülh sazişinin imzalanması  növbəti mərhələdə həm sülhməramlıların regiondan çıxarılması, həm Paşinyanın ABŞ qarşsında götürdüyü öhtəliklərə uyğun olaraq 102-ci hərbi bazanın ərazilərdən çıxarılması deməkdir. Rusiya bunu istəmir. Rusiya istəyir ki, sülh sazişi imzalanmadan atəşkəs davam eləsin, amma dəhliz də açılsın və hər şey də bunun nəzarətində baş versin. ABŞ bunu istəmir, bilir ki, münaqişə davam edərsə iki variant ortaya çıxır. Birinci variant odur ki, burda Rusiya ya istər KTMT, istər Ermənistanla ikitərəfli müqavilələr çərçivəsində Ermənistanın müdafiəsinə qalxmalıdır, bu zaman avtomatik Türkiyə də Azərbaycanın müdafiəsinə qalxır və Rusiya üçün ikinci cəbhə açılır. İkinci variant odur ki, Rusiya münaqişəyə müdaxilə eləmir, indiki vəziyyət odur, birtərəfliliyini qoruyub saxlayır. Onda da ABŞ-ın uzun müddət üzərində işlədiyi ikinci plan işə keçir. Belə ki, bu gün Ermənistanda antiRusiya əhval -ruhiuyyəsi yaradırlar. Belə ki, Paşinyan KTMT-nin təlimindən, KTMT baş katibini qəbul etməkdən imtina edir və sairə. Paşinyan o fonu yaradır ki, guya Rusiyadan uzaqlaşır. Fransa da sülh sazişini istəmir. Çünki bir nömrəli vəzifəsi Rusiya sülhməramlılarınn işinin öhtəsindən gələ bilmdiyini və onun Fransa sülhməramlıları ilə əvəz edilməsini istəyir. İran da sülh sazişini, Zəngəzur dəhlizinin açılmasını, münaqişənin həllini istəmir. Çünki münaqişənin həllli sonrakı mərhələdə İranda milli oyanış hərəkatının yaranmasına, Cənubi Azərbaycan ideyasının ortaya çıxmasına və Zəngəzur dəhlizinin açılması ilə türk dünyasının birləşməsi və İranın otürk dünyasının əhatəsində qalması ilə nəticələnə bilər.

Bizim problemimiz odur ki, Türkiyəni çıxmaq şərti ilə heç kim bu sülhü istəmir. Paşinyanın bu situasiyada özünü göstərmək bacarığı ondan qaynaqlanır ki, bu prosesə qatılan güclər sülhü istəmədikəri üçün ona geniş yol açırlar...

 

 

-Fakt budur ki, Ermənistan maraqlı güclərin ədalətsiz yanaşmasından yararlanaraq manipulyasiya edir, sülhə gəlmir və sərhədllərin delimitasiyası, demorkasiyası və üçtərəfli sazişə əsasən üzərinə qoyulan digər öhtəlikləri yerimə yetirmir. Yaxşı, sərhədlərin müəyyənləşməsi olmayıbsa, Azərbaycanın sərhədləri hardadır və  biz ABŞ və Fransanın  bunu dərk etməsi üçün hansı tarixə, hansı faktlara istinad etməliyik?

 

-Məsələ budur ki, ABŞ-a, Fransa-ya Qarabağda yaşayan ermənilərə statusun verilib-verilməyəcəyi o dərəcədə əhəmiyyətli deyil. Sadəcə bunu bəyan eləməklə və Azərbaycanın da buna heç vaxt getməyəcəyini bilərək münaqişənin davam etməsinə şərait yaradırlar. Bilirlər ki, Azərbaycan orda yaşayan 10-12 min erməniyə hər hansı əlahiddə bir status verməyəcək.  Azərbaycan vətəndaşları olaraq, digər vətəndaşlar hansı hüquqa malikdirlərsə,  həmin hüquqlardan da istifadə eliyəcəklər. Və Prezident son çıxışlarından birində də dedi ki, hər hansı bir imtiyazdan söz gedə bilməz. Bu tamamilə normaldır. Sərhədlərə gəlincə, bu gün şərti sərhəddə baş verən hadisələr onu deməyə əsas verir ki, sərhədlərin delimitasiya və demorkasiyası tez bir zamanda öz həllini tapmalıdır. Bu hansı xəritələr əsasında baş verməlidir, bax əsas məqam budur. Biz bu gün 80-ci illərin sonunun xəritəsi ilə sərhədlərin delimitasiyasında həqiqəti və reallığı ortaya qoya bilmərik. Əgər söhbət Azərbaycanın dünya tərəfindən tanınan ümumi sərhədlərindən gedirsə burda da bir məqamı ortaya qoymalıyıq. Baxaq görək, dünya bu sərhələri nə vaxt tanıyıb.  Biz BMT-yə qəbul olunanda “Azərbaycanın sərhədləri harlardan keçir” deyə müəyyənləşmə olmayıb. Bu güclər dünyanın qəbul etdiyi sərhədlərin tanınmasını istəyirlərsə 1919-cu ildə qəbul olunmuş Paris Sülh Konfransını götürsünlər. Paris Konfransı bütün ölkələrin sərhədlərini xəritə ilə tanıyıb və o sərhədlər daxilində də ölkələri tanıyıb. Azərbaycan o sənəddə 113, 9 min kvadrat kilometrlik ərazisi ilə tanınıb. Buyursunlar, bu həmin xəritə ilə sərhədlərin delimitasiyasını, demorkasiyasını aparsınlar. 1920 -ci ildə SSRİ-nin bir dənə qərarı ilə Başkənd 4400 hektar ərazisi ilə verildi ermənilərə, 1828-ci ildə Nüvədi, (Lahva)Mehri rayonları bir imza ilə verildi ermənilərə. 1929-cu ildə Naxçıvanın 6600 hektarlıq 9 kəndi bir imza ilə verildi ermənilərə, 1938-ci ildə Kərkinin ətrafında böyük torpaq sahələri verildi ermənilərə.  1968-ci ildə Laçının Qaragöl nahiyəsindən 2200 hektar verildi ermənilərə... Faktlar bununla bitmir. Yəni faktiki olaraq beynəlxalq müqavilələr var. Paris Sülh Konfransında Azərbaycanın sərhədləri ilə bağlı bağlanmış büynəlxalq müqavilə Moskva-Qars müqaviləsidir. Zaqafqaziya respublikaları, Rusiya və Türkiyə arasında bağlanmış müqavilə var. Bütün sərhədlər orda hamısı müəyyən olunub. Buyursunlar o sənədlərin əsasında sərhədləri müəyyənləşdirsinlər. Ona görə də kimsə deyəndə ki, Azərbaycan Ermənistanın sərhədlərinə daxil olur, bunu heç bir halda sübut edə bilməzlər. Digər tərəfdən, sərhəddi keçmişəmsə, yaxşı edib keçmişəm. Amerika, sən 11 sentyabrdan sonra ölkənin təhlükəsizliyini əsas gətirərək Əfqanıstanda hərbi əməliyyatlara başladın. Sən bu gün Suriyada baş verənləri öz ölkən üçün təhlükə hesab edib ora qoşun yeridə bilirsən. Amma divar qonşum mənim ərazimə bomba atır, susmalıyam?!. Keçib mənim ərazimi bombalayır. Bu terror deyil?! Mən terror yuvalarını dağıdıram. Sənin təxribatın, mina basdırmaın, təxribatınla bu iki il ərzində mənim 240 nəfər hərbi, mülki vətəndaşım həlak olub. Necə hesab edirsiz, bu nə deməkdir, kim mənə atəş açır açsın, ölməliyəm amma terror yuvalarını susdurmamalıyam?!. Əlbəttə ki, Azərbaycan terrora qarşı öz sözünü deyəcək, deməlidir...

 

 

 -Bu gün Ermənistanla Sülh müqaviləsinin zamanı itirmədən bağlanmasının zəruriliyi tez-tez ortaya qoyulur. Vaxtın itirilməsi hansı formada bizim ziyanımıza işləyə bilər?

 

-Bu gün regionda bizim üçün münbit şərait formalaşıb.  Bu gün Rusiyanın Ukrayna ilə baş verən müharibəsi faktiki əsas fikrinin o istiqamətdə çəmləşməsi və ikinci cəbhə açmaq istəməməsi ilə Rusiyanı neytrallaşdırmaq imkanlarını ortaya qoyur. İkinci bir tərəfdən həmin müharibənin fonunda Avropanın Azərbaycanın enerji resurslarına yaranan ehtiyacı  Avropa İttifaqı dövlətlərini də müəyyən mənada susdurub. Bayaqdan sadalıyırıq, ABŞ dillənir, Fransa danışır. Amma Avropa İttifaqının daxilində olan hər hansı bir ölkə məlum sərhəd insidenti ilə bağlı bir dənə də quru bəyanat vermədi. Bu iki  il əvvəl baş versəydi, Avropa İttifaqında elə bir ölkə qalmazdı ki, Azərbaycanla bağlı bəyanat verməsin. Bu gün deyəndə ki, sülhün bağlanması vacibdir, əsasən bu amillər nəzərdə tutulur. Bu gün “tuzlar” bizim əlimizdədir. Ona görə də bundan maksimum istifadə edib, Ermənistanı sülhə məcbur edib imzalatdırmaq lazımdır.

 

 

-Sabah nə ola bilər?

 

-Rusiya Ukrayna ilə problemlərini həll edib qurtarandan sonra bütün fikrini bu istiqamətə cəmləyib separatçı rejimi də tanıyar, orda daimi qoşun da yerləşdirə bilər, heç nə də edə bilmərik. Ona görə də, gözləməməliyik. 30 il gözləmişik bəsdir. Bilirik ki, danışıqlar prosesinin hər dəfə oyunçudan-oyunçuya ötürülməsi, ayrı-ayrı vasitəçilərin ortaya çıxması, prosesi uzatmağa xidmət edir.Ona görə də təxribata hərbi güclə adekvat cavab verilməlidir. Amma eyni zamanda bu məsələni öz maraqlarını regionda təmin etmək istəyən güclərlə aktiv şəkildə müzakirə etmək lazımdır.  Baxın, ABŞ -a orda Ermənistan adlı dövlət var, yoxdur, ona maraqlı deyil. Onun marağında olan Rusiyanın Cənubi Qafqazdan çıxarılmasıdır. Rusiyanın burdan çıxarılmasını bu gün Ermənistan istəsə də edə bilməz. ABŞ-a başa salmaq lazımdır ki, Ermənistan Rusiyanın əlində ola-ola bunu məcbur edirsən ki, Rusiyaya arxanı çevir. Bu mümkün deyil. Əgər yanvarın 1-də Rusiya dünya bazarının qiymətəri ilə Ermənistana qaz satışı ilə bağlı müqavilə bağlasa Ermənistan məhv olacaq. Yəni sən Ay Fransa, Amerika Ermənistanın Rusiyadan asılılığının qaldırılmasını təmin edə bilmirsən axı. Sən Rusiyanın bu gün Ermənistana verdiklərinin əvəzində Ermənistana nə verə bilərsən?!

Ona görə də Rusiyanı kompensasiya edə biləcək bir dövlət var, o da Türkiyədir. Türkiyə Ermənista qaz, işıq, qida, sərmayə qoya bilər. Bunun da yolu Azərbayacanla sülhdən keçir. Bax, super güclərə başa salmaq lazımdır ki, Rusiyanın burdan getməyini istəyirsizsə, Ermənistanı Azərbaycanla sülh bağlamağa və Türkiyə ilə münasibətləri normallaşdırmağa çağırın. Vəssalam...

 

T.Qafarlı  

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür