"Təzminat Zəngəzur və digər ərazilərin əvəzlənməsi ilə ödənməlidir"

16:12 01-10-2022 | icon 378 | Siyasət
"Təzminat Zəngəzur və digər ərazilərin əvəzlənməsi ilə ödənməlidir"

Əli Mustafa: “Ermənistanı Azərbaycana vurduğu zərərə görə Beynəlxalq Məhkəməyə verməliyik və...”

 

Azərbaycan Ermənistana münasibətdə qeyd-şərtlə iki konvensiyaya qoşulub - “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiya və “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiya. Biri xaricdə təqdim ediləcək məhkəmə və qeyri-məhkəmə sənədlərinin ünvanlanan şəxsin nəzərinə vaxtında çatdırılmasını təmin etmək üçün müvafiq vasitələrin yaradılmasıdır. Digəri uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası üzrə dövlətlər arasında əməkdaşlığın təkmilləşdirilməsi.

 

Məlum Konvensiya bu gün Milli Məclisdə səsə qoyularaq qəbul olunub. Qeyd edilib ki, Konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək. Qəbul olunan Konvensiyanın əhəmiyyəti nədir?

 

Hüquqşünas, siyasi şərhçi Əli Mustafa Versus.az-a açıqlamasında bildirib ki, Azərbaycan zaman-zaman beynəlxalq konvensiyalara qoşulur. Onun fikrincə, bu Konvensiya da işçi qaydada olan bir prosedurdur və bunların Ermənistana münasibətdə tətbiq edilməməsi ola bilsin ki, hansısa əlahiddə razılaşmanın tərkib hissəsidir.

 

Ə.Mustafa ümumilikdə hesab edir ki, Azərbaycanın, xüsusilə Milli Məclisin də Ermənistanla bağlı görəcəyi bir xeyli çox vacib işlər var:

 

“Azərbaycan milyardlarla, hətta trilyadlarla vurulmuş maddi-mənəvi zərərin ödənilməsi üçün Ermənistana qarşı təzminatın ödənilməsi məsələsini qaldırmalıdır. Milli Məclis məhz bu məsələyə diqqət yetirməlidir. Ermənistanın bizə ödəyəcəyi təzminat, əslində Zəngəzurdan da daha böyük ərazinin qanun-qayda ilə bizim olmasında çox böyük yardımçı ola bilər. Biz Ermənistanı Azərbaycana vurduğu zərərə görə Beynəlxalq Məhkəməyə verməliyik və düşünürəm ki, təzminatı almlıyıq. Ermənistanın o qədər sərvətinin, varidatının olmadığını nəzərə alsaq, təzminat Zəngəzur və digər ərazilərin əvəzlənməsi ilə ödəməlidir. Yəni bu gün dünya bəzən bizi ittiham edir, qınayır. Amma bizim haqqımız, imkanımız var ki, elə qanuni yolla, normal üsullarla, sivil mübarizəylə hüquq müstəvisində o əraziləri alaq. Heç kəs də bizi təcavüzkarlıqda qınaya bilməz. Fikrimcə, Milli Məclis bu istiqamətdə yaxşı işlər görə bilər. Hər halda bir çox məsələlər var ki, orda da islahatların aparılmasına, demokratik proseslərin önünün açılmasına fayda verə bilər".

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI