“...Əslində ən böyük mürtəceliyi elə Əli Kərimli özü edir”

16:36 01-10-2022 | icon 325 | Siyasət
“...Əslində ən böyük mürtəceliyi elə Əli Kərimli özü edir”

Bəhruz Məhərrəmov: "Kərimli başa düşməlidir ki..."

 

“AXCP-nin sentyabrın 30-a Milli Məclisin qarşısında planlaşdırdığı aksiya konstitusion hüququn realizəsi yox, destruktiv və dağıdıcı niyyətin göstəricisidir”.

 

Versus. az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov AXCP-nin sabah-sentyabrın 30-a Milli Məclisin qarşsında keçirəcəyini elan etdiyi etiraz aksiyası ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, əgər bunların fikri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə münasibət bildirməkdirsə bunu sivil yolla, şəhərin mərkəzində yolları iflic etmədən, ictimai asayişə təhdid, insanlara narahatlıq törətmədən də  etmək olar.

 

Deputat qeyd edib ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 9-cu maddəsinə müvafiq olaraq normayaratma orqanlarının fəaliyyətində aşkarlığın təmin üçün həmin qanunun layihəsini Parlamentin internet informasiya ehtiyatında yerləşdirilib. Yəni hüquqi aktın layihəsi açıq formada ictimai və peşəkar müzakirəyə çıxarılıb və layihənin mətni də konsepsiyası da bütün ağlabatan və səmərəli təkliflərə açıqdır:

 

“İndi dayaqlarını tam itirmiş dərnək tipli qruplaşmaların etməyə təklifi, danışmağa sözləri yoxdursa bu onlara hüquq vermir ki, pozucu dağıdıcı yola əl atsınlar. Bu adamların başında hələ də mitinqlərlə, təzyiqlərlə küçədə, yaxud içki məclislərində qərar qəbul olunduğu, Parlamentin binasının gülləbaran edildiyi 90-cı illərin anarxiyası qalıb. Əli Kərimli, keçdi o dövrlər! Siyasi səhnə var, sivil mübarizə üsulu var, bacarırsa gəl mübarizəni apar, bacarmırsansa çəkil kənara. Əslində bu adamın qorxusu güclü, sivil mübarizə aparmaq iradəsi olan siyasi qüvvələrin meydana çıxmasıdır. Mitinq arzulayanların hamısı yaxşı bilir ki, onsuz da tarixin zibilliyindədirlər, anlayırlar ki, yeni siyasi şəraitdə güclü partiyaların meydana çıxması, çoxpartiyalı sistemin bazisinin güclənməsi siyasi sistemin daha da sağlamlaşması hər kəsin əsl siyasi imkanları və gücünü üzə çıxacaq. Bu əlbəttə ki, Kərimli üçün son deməkdir. Ona görə də hər vəchlə prosesə maneə yaratmağa çalışır, qanun layihəsini mürtəce adlandırırlar. Əslində ən böyük mürtəceliyi elə Əli Kərimli özü edir,22 ildir zəbt edib partiyanı, niyə gəncliyə, sağlam düşüncəyə yol vermir? Neçə illərdir ki, açıq məğlubiyyətin qorxusundan, şəxsi ambisiyaları naminə seçkilərdən gizlənməklə yüzlərlə insanın konstitusion qaydada müəyyənləşmiş seçki hüquqları, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüquqlarına təcavüz edir, bax budur mürtəcelik. 

Mən açıq deyirəm, Əli Kərimlinin və dəstəsinin ağlı Mehdiyev dövrünün pərdəarxası oyunlarına getməsin, bu gün necəki cəbhədə, eləcə də siyasi səhnədə İlham Əliyev və dövlətçilik yolunda ölməyə hazır olan kifayət qədər insan var, əgər Kərimli və başının dəstəsi sivil mübarizəni qoyub mürtəce yol seçəcəksə, buna peşman olacaq. Yəni davranışlarını buna görə seçsinlər.

Kərimli başa düşməlidir ki, real həyat AXC trollarının at oynatdığı virtual aləmdən, facebook səhifələrindən çox  daha fərqlidir. Xalqın real dəstəyi bu hakimiyyətlədir və cənab İlham Əliyevin Milli Məclisin ilk iclasında da ifadə etdiyi kimi, biz çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulması məqsədilə qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsinə nail olacağıq və hansısa dərnək tipli radikal qruplaşma buna mane ola bilməyəcək.  Sadəcə bunlar həmrəyliyin, birliyin hökm sürdüyü bu müqəddəs Anım günlərində bölücü radikal davranışlarla bir daha əsl simalarını ortaya qoymuş olurlar”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol