“Ermənistanın ABŞ üçün bu qədər əziz olmasının əsas səbəbi budur”-Açıqlama

12:46 30-09-2022 | icon 289 | Geopolitika
“Ermənistanın ABŞ üçün bu qədər əziz olmasının əsas səbəbi budur”-Açıqlama

 

 

 

Ermənistan təxribatlardan əl çəkmir. Yenə də beynəlxalq güclərin erməni həyasızlığına göz yumduğu, öz təsir vasitələrindən istifadə etmədiyi, ermənilərin sərhəddə ardıcıl şəkildə təxribatlar törətməsi 13-14 sentyabr hadisələrinin pik nöqtəsi və bariz nümunəsidir. Görünən odur ki, Ermənistan regionda gərginliyin qalmasında maraqlıdır. Bu ab-havanı saxlamaqla, Ermənistan beynəlxalq ictimai rəylə manipulyasiya edir və Azərbaycanı hədəfə gətirməyə çalışır.

30 il işğalçılıq siyasəti yürüdən, Azərbaycan torpaqlarını işğal edən Ermənistana heç bir əks bəyanatla çıxış etməyən ABŞ bu gün Azərbaycanın öz sərhədlərini qorumaq üçün keçirdiyi  əməliyyatdan sonra ölkəmizə qarşı çıxışlar edir, hərbi mövqeərimizi sərhədlərdən geri çəkilməyə çağırır. Fransa hökuməti də insident olan sahədə monitorinq keçirmək üçün nümayəndə göndərir. Ermənilərin bu cür manipulyasiyalarının ölkəmizə təsirləri nə dərəcəd realdır?

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən ANAP sədri Abutalıb Səmədov bu prosesdə Qərbin maraqlı olduğunu xüsusilə önə çəkib. Onun sözlərinə görə, ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Azərbaycanla Ermənistan arasındakı problemləri “aradan qaldırmaq” məqsədilə bu məsələlərlə “şəxsən məşğul olacağam”- öhdəliyi götürməsi bizə yaxşı heç nə vəd etmir.

 

“Bu o deməkdir ki, ABŞ bundan sonra daha böyük enerji ilə ilk növbədə Qarabağa ən yüksək status vermək istiqamətində fəallığını artıracaq və bu işlə Dövlət katibi şəxsən məşğul olacaq.

ABŞ-ın bu məsələyə münasibəti ötən ilin fevralında Pentaqonun kolleclərinin birində keçirilən müzakirələrdə ortaya qoyulmuşdu və Azərbaycan üçün “Deyton sazişi” hazırlamaq təklif olunmuşdu. Deytondakı hərbi bazada 3 həftə “girov” saxlanıldıqdan sonra münaqişə vəziyyətində  olan liderlərin imzaladıqları və Bosniya-Hersoqovinanı şikəst dövlətə çevirən sazişin bizə uyğun variantını hazırlamaq hələ də ABŞ-ın əsas məqsədi olaraq qalır. Bu məqsədlə Minsk qrupunu “dövriyyədə” saxlamağa çalışır, qatı düşməni Rusiya ilə belə işləməyə hazır olduqlarını bildirirlər.

Minsk qrupunun ABŞ-dan olan həmsədri F.Rikerin regiona uzunmüddətli səfəri və Azərbaycan prezidenti ilə apardığı danışıqlar da bu məqsədə xidmət edir.  Bu addımlar Ermənistanı Qarabağda separatçılıq planlarından imtina etməməyə, revanşist siyasət aparmağa şirnikləndirir. ABŞ Bakıdakı səfirini israrla Şuşaya getməyə qoymur və bununla separatçılara işarə verir ki, Şuşanı, Hadrutu oyuncaq qurum olan “dağlıq qarabağ respublikası”nın tərkibinə qaytarıb ona ən yüksək status vermək imkanları qalmaqdadır və ermənilər ümidlərini itirib ruhdan düşməməlidirlər.

 Separatçı-quldur David Babayanın viza ilə Konqresə çağırılması, bu azmış kimi Nensi Pelosinin İrəvana gedərək, qızışdırıcı bəyanatlar verməsi də erməniləri şirnikləndirmək, onları qızışdırmaq məqsədi ilə edilib.

Bütün bunlardan sonra ABŞ-ın diplomatik fəaliyyətinin səmimiliyinə inanmaq təbii ki, qeyri-mümkündür. ABŞ regionu nəzarətə götürmək üçün guya hamını qane edəcək yollar axtarır, əslində isə ermənipərəst mövqe tutmaqda davam edir”.

 

A.Səmədov qeyd edib ki, bu ölkədə erməni lobbisi çox güclüdür və daim seçkilərdə qələbə barədə düşünən “siyasətçilər” onlara xoş olacaq işlər görməyə çalışırlar. O, hesab edir ki, Ermənistanın ABŞ üçün nədən bu qədər əziz olmasının əsas səbəbi də budur. Bu baxımdan, ANAP sədri ABŞ rəsmilərinin fəallaşmasından, onların vasitəçiliyi ilə aparılan danışıqlardan yaxşı bir nəticənin gözlənilməsini mümkünsüz sayıb.

 

T.Qafarlı

Versus.a

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı