Ermənilərin “güllələnmə səhnəsi”: “Sumqayıt” hadisələri ilə paralellik

14:13 03-10-2022 | icon 540 | Geopolitika
Ermənilərin “güllələnmə səhnəsi”: “Sumqayıt” hadisələri ilə paralellik

...Və ermənilərin süni ajiotaj yaratmaq kimi 100 ildən artıq təcrübəsi

 

 

 

TURAN RZAYEV
/Politoloq/

 

Azərbaycan hərbçilərinin “erməni əsirləri” güllələməsi ilə bağlı video yayılıb. Kifayət qədər şübhəli olan görüntülərlə bağlı açıq suallar isə kifayət qədərdir.

 

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu da araşdırmalara başlayıb. Videonun feyk olub-olmadığı hələ araşdırılsa da, hər hansı cinayət faktı olarsa, buna ilk növbədə Azərbaycan özü hüquqi qiymət verəcək. Bununla belə videonun feyk olması ilə bağlı ciddi arqumentlər var:

Birincisi, videoda görüntü və səs arasında uyğunsuzluq açıq şəkildə hiss olunur. Bunu montaj üzrə mütəxəssislər də rahatlıqla aydınlaşdıra bilər. Düzdür, ermənilərin Azərbaycan dilinin məhəlli aksentini belə yaxşı bildiyini düşünməsəm də, bəznər səs yazılarını əldə etmək ya da sosial şəbəkələrdə yayılan videolar ilə təmin etmək çox rahatdır.

İkincisi, videoda diqqətçəkən digər bir məqam əsirlərin reaksiyalarıdır. Biz artıq ermənilərin əsir alınarkən və ya təxribatlar zamanı ələ keçirilərkən necə reaksiya verdiyini bilirik. Videoda isə əsirlərin üzündə, davranışlarında təşviş, ölüm qorxusu və s. kimi hisslər gözə çarpmır. Əksinə, öləcəyini bilən insanda olmayacaq qədər rahatlıq, arxayınlıq hiss olunur.

Üçüncüsü, güllələnmə anının çəkildiyi yerə diqqətlə baxdıqda ərazinin daşlıq, qayalıq olduğu görünür. Bu ona görə vacibdir ki, peşəkar bir hərbçi şüursuzcasına belə ərazidə atəş açmaz. Çünki yanlış atılan bir mərmi qayalıqlarda istiqamətini dəyişərək qarşıdakı və ya yandakı hərbçiyə də dəyə bilər. Azərbaycan silahlı qüvvələrində istifadə edilən mərmi tiplərindən biri də deşici, dağıdıcı 7.62 gümüşuclu mərmilərdir. Bu mərmilər hədəfə dəyənədək qarşısına çıxan istənilən maneədə istiqaməti dəyişə bilər. Bu, həm də həmin videoda istifadə edilən mərmilərin plastik təlim mərmiləri olduğunu da sübut edir.

Dördüncüsü, videonun yayılmasında çox qısa zamanda erməni mediası, siyasətçiləri, fəalları canfəşanlıq etməyə başladı. İş o yerə çatır ki, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar baş verənləri “dəhşət” adlandırır və deyir: “Əgər bu videonun həqiqət olduğu sübut olunarsa, bu, hərbi cinayətdir, araşdırma aparılmalı və cinayətkarlar cəzalanmalıdır”. Bir gün ərzində erməni ictimaiyyətinin, xüsusilə də Qərb siyasətçilərinin məsələdən bu qədər tez agah olub, təbliğata başlaması videonun əslində çox öncədən məhz ermənilər tərəfindən hazırlandığını göstərir.

Nəticə etibarilə videonun feyk olması mümkündür. Nəzərə almaq lazımdır ki, ermənilərin Qərbin diqqətini çəkmək, süni ajiotaj yaratmaq kimi 100 ildən artıq təcrübəsi var. Yaxın tariximizə nəzər saldıqda “Sumqayıt hadisələri” bunun ən gözəl örnəyidir. Ermənilər Ermənistanda ultramilliyyətçiliyi alovlandırmaq və Qarabağda miatsum (erməni dilindən tərcümədə: birləşmə-red) hərəkatına dəstək almaq üçün Sumqayıtda öz soydaşlarını öldürüb təqsiri azərbaycanlıların üzərinə atmışdı. Bu gün belə Ermənistanda minlərlə insan hadisənin azərbaycanlılar tərəfindən törədildiyini hesab edir. Siyasi maraqları naminə öz soydaşlarını belə öldürməkdən geri durmayan bir millətin 44 günlük Vətən müharibəsində bizə tarixi qələbəni yaşadan qalib ordunu gözdən salmaq üçün feyk video hazırlaması heç də təəccüblü deyil.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI