Avtomobillərin rəsmiləşdirilməsi prosesi ASANLAŞDIRILIR

11:04 04-10-2022 | icon 463 | İqtisadiyyat
Avtomobillərin rəsmiləşdirilməsi prosesi ASANLAŞDIRILIR

Azərbaycanda avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi üçün yeni tətbiq olunmağa başlanacaq sistemlə 5 iş günü müddətində vətəndaş müraciətinə baxılacaq.

 

Xezerxeber.az-ın məlumatına görə, onlayn qaydada gömrük orqanına göndərilən müraciət və sənədlərin düzgünlüyü yoxlanılacaq.

 

Qanunvericilikdə göstərilən müddət ərzində avtonəqliyyat vasitəsinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikat vətəndaşın şəxsi kabinetinə göndəriləcək.

 

Beləliklə, Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi yeni elektron xidmət ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq.

 

Yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradacaq.

 

Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan “E-customs” elektron portalı və ya “Smart customs” mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir.

 

Daha ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bir şəklin TARİXÇƏSİ

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

“44 günlük dastan”dan danışdılar

Bakıdakı güclü yanğın nəzarətə GÖTÜRÜLDÜ

İran Azərbaycana hücum edə bilərmi?

Biləcəridə YANĞIN

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Nəsrullah belə öldürüldü

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Kolumbiyada helikopter qəzası

Cəbrayıla növbəti köç karvanı yola düşdü