Bərdə sakini Bakıda bıçaqlandı
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
Bakının Xətai rayonunda mübahisə zamanı yaşlı kişi bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Babək prospektində baş verib.
1961-ci il təvəllüdlü Bərdə sakini Əliyev Abbas İsmayıl oğlu tanışı tərəfindən küçədə bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırırlar.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"