"Şagird müəllimin simasında öz peşəsinə vurğun insan görməlidir"
Lalə Quliyeva: "Ən qiymətli sərvəti - uşaqların gələcəyini müəllimə etibar edirik"
"Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. Bu günün özəlliyini, bu günün gözəlliyini deməyə yəqin ki, ehtiyac yoxdur, çünki bu gün – 5 oktyabr Beynəlxalq Müəllimlər günüdür".
Versus.Az xəbər verir ki, bunu 5 Oktyabr - Müəllimlər Günü münasibətilə paylaşımında Azərbaycan Liberal Demokrat Partiyasının Qadınlar Şurasının sədri Lalə Quliyeva qeyd edib.
Xanım siyasətçi Azərbaycan müəllimlərinə müraciətlə yazır:
"Əziz müəllimlər!
Müəllim - ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevəndir, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir!
Dərin bilik, geniş dünyagörüş şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Müəllimin məqsədi, vəzifəsi müəyyənləşdirilir - xalqın, dövlətin gələcəyini formalaşdırmaq, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir. Müəllimlik çox şərəfli peşədir - vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir.
ALDP üzvləri, partiyanın sədri Fuad Əliyev və öz adımdan hər kəsi Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edirəm!"
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"