“Ermənistan bunun əvəzini ödədi”

13:14 05-10-2022 | icon 390 | Siyasət
“Ermənistan bunun əvəzini ödədi”

PREZİDENT: "Onlar bizi, bizim iradəmizi, Azərbaycan xalqının potensialını lazımınca qiymətləndirmədilər"

 

“Ermənistan Azərbaycanı və Azərbaycan xalqının iradəsini lazımınca qiymətləndirmədi və bunun əvəzini ödədi”.

 

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib.

 

"Biz sülh prosesinə müəyyən nikbinliklə yanaşırıq. Bir neçə gün əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı ilk görüşü baş tutdu. Ümid edirik ki, bu proses çox uzun çəkməyəcək. Biz Ermənistanın danışıqlar aparmaq istəmədiyi zaman istifadə etdiyi taktikanı bilirik. Məsələn, Qarabağ münaqişəsi ilə bağlı 28 il davam edən danışıqlarda da belə olmuşdu. Əgər vəziyyət belə davam edərsə, sülh əldə olunmayacaq. Əgər Ermənistan belə seçim edirsə, deməli, növbəti ciddi səhvə yol verir. Onlar bizi, bizim iradəmizi, Azərbaycan xalqının potensialını lazımınca qiymətləndirmədilər və bunun əvəzini ödədilər”, - dövlət başçısı bildirib.

 

Prezident vurğulayıb ki, Azərbaycan da öz növbəsində Ermənistan ilə münasibətləri normallaşdırmaq və yeni sülh səhifəsi açmaq üçün addımlar atmağa hazırdır:

“Bilmirəm, buna nail ola biləcəyik, ya yox, amma ən azı bu istiqamətdə irəliləyirik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI