Beynəlxalq kitab sərgisi davam edir

13:01 06-10-2022 | icon 3462 | Ədəbiyyat
Beynəlxalq kitab sərgisi davam edir

 

“Şuşa İli”nə həsr edilən sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat iştirak edir. Sərgidə qızıl fondun nadir kitablar kolleksiyasından ən qədim sənədlər, xəritələr, fərmanlar, tarixi əsərlər nümayiş etdirilir.

 

Təşkil olunan kitab sərgisində Türkiyənin Mədəniyyət və Turizm nazirliyi ilə Yunus Əmrə İnstitutunun stendi də yer alıb. İnstitutun Bakı nümayəndəliyinin direktoru Selçuk Karakılıc belə tədbirlərin Azərbaycanın və Türkiyənin dünyaya tanıdılması üçün böyük önəm daşıdığını deyır. Onun sözlərinə görə sərgidə Türkiyənin məşhur yazıçıları da iştirak edir. Beynəlxalq tədbirdə oktyabrın 9-a kimi müxtəlif mövzularda yazan müəlliflərin imza günü olacaq.

 

Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə həyata keçirilən sərgidəki kitabları hər kəs sabah saat 10:00-dan etibarən müəlliflərin imzası ilə əldə edə bilərlər.

 

Selçuk Karakılıç onu da bildirb ki, beynəlxalq tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçının “Yokuşun çocukları” kitabı da sərgilənir. Sabah səhər saatlarından etibarən cənab səfirin iştirakı ilə imza günü təşkil olunacaq.   

 

İnstitutun stendində təmsil olunan digər yazıçıların görüş tarixi və saatı aşağıdakı kimidir: 

 

Tanınmış uşaq yazıçısı Birsen Özenin “Şirinlər” kitabının təqdimatı

7 oktyabr, saat 14.00-16.00

 

Motivasiyaedici kitablar müəllifi Ferhat Kardaşin “Yürümeye devam et” kitabıı təqdimatı  

8 oktyabr, saat 12.00-14.00

 

Motivasiyaedici yazıçı Mehmet Salih Uyanın “Ruh diyeti - dijital dünyada valideyn olmak” kitabının təqdimatı

9 oktyabr, saat 12.00-14.00

 

 

 

 Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”