Tələbələrinə müharibəyə getməyi tövsiyə etməyən müəllim saxlanıldı
Rusiyanın Nijni Novqorod vilayətində ingilis dili müəllimi tələbələrinə Ukraynadakı müharibədən yayınmaq üçün həbsxanaya getməyi tövsiyə edib.
25 yaşlı Olqa Lizunkova tələbələrinə bildirib ki, Rusiya ordusunun həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak etmək ölümə bərabərdir və Ukraynanın qələbəsi artıq şübhə doğurmur.
Qısa müddət sonra Lizunkovanın arxasınca gələn polislər onu idarəyə aparıblar.
Rusiya ordusunu gözdən saldığına görə müəllimə protokol yazılıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"