Sambo üzrə dünya çempionatı Misirdə keçiriləcək

07:52 07-10-2022 | icon 363 | İdman
Sambo üzrə dünya çempionatı Misirdə keçiriləcək

Beynəlxalq Sambo Federasiyasının (FIAS) İcraiyyə Komitəsi 2023-cü il dünya çempionatının keçirilmə yeri kimi Misiri seçib.

 

Yarış noyabrın 10-12-də keçiriləcək.

 

Bu barədə cümə axşamı FİAS-ın mətbuat xidməti məlumat yayıb.

 

Həmçinin bildirilib ki, Dominikan Respublikası 2023-cü ilin avqustunda çimərlik sambosu üzrə dünya çempionatına ev sahibliyi edəcək.

 

İcraiyyə Komitəsi bir sıra digər yarışların vaxtı və yeri ilə bağlı qərarlar qəbul edib. Sambo üzrə Avropa çempionatı və gənclər arasında çempionatı gələn ilin aprelində İsraildə keçiriləcək. 2023-cü ildə sambo üzrə üç Dünya Kubokunun keçirilməsi planlaşdırılır. Onlar Dominikan Respublikası, Qırğızıstan və Serbiyada keçiriləcək. İl ərzində müxtəlif ölkələrdə bir sıra qitə kubokları və beynəlxalq turnirlər də keçiriləcək.

 

Qeyd edək ki, 2022-ci il sambo üzrə dünya çempionatı noyabrın 11-dən 13-dək Bişkekdə təşkil olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol