Direktorun ad gününə pul yığan müəllimə CƏZALANDIRILDI

15:04 07-10-2022 | icon 589 | Təhsil
Direktorun ad gününə pul yığan müəllimə CƏZALANDIRILDI

Abşeron rayonu Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyevanın rüşvətlə bağlı səs yazısının araşdırmaları sona çatıb.

 

Abşeron Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səbinə Məmmədova Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə Novxanı kənd 1 nömrəli tam orta məktəblə bağlı yayılan səs yazısı ilə əlaqədar araşdırma aparılıb:

 

“Məlum olub ki, 2021-ci ilin dekabr ayında Novxanı kənd 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Əmirova Aytən Hacı qızı şagirdlərin öz şəxsi istəyi və təşəbbüsləri ilə məktəbin direktoru Taliyə Mirzəyevanın ad günü üçün müəyyən vəsait toplanmasını tapşırıb.

 

Məsələ ilə bağlı sözügedən məktəbin direktoru və müəlliməsindən izahat alınıb. Direktor izahatında məlum hadisədən məlumatsız olduğunu bildirib. Müəllimə Əmirova Aytən Hacı qızı barəsində isə müvafiq ölçü götürülüb”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...