"Bəzi maraqlı dairələr bu islahatları qəbul etmir"
“Universitetdə son dövrdə heç bir əməkdaş işdən azad olunmayıb”.
Bu barədə Azərbaycan Texnologiya Universitetinin Mətbuat Xidmətinin Oxu.Az-ın sorğusuna verdiyi cavabda qeyd edilib.
Bildirilib ki, universitetdə hər bir müəssisədə olduğu kimi müqavilə müddəti bitdiyinə görə, yaxud öz ərizəsi ilə işdən ayrılanlar olub:
“Sadəcə bəzi maraqlı dairələr universitetdə gedən islahatları qəbul etmirlər, işdən öz ərizəsi ilə çıxmış sabiq əməkdaşlardan bu və digər şəkildə sui-istifadə edərək Azərbaycan Texnologiya Universitetinin imicinə zərər gətirməyə çalışırlar”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"