İnsanabənzər robot

12:05 08-10-2022 | icon 522 | Maraqlı
İnsanabənzər robot

O, parlamentdə müasir incəsənət barədə çıxış edəcək

 

Ai-Da adlı insanabənzər robot Böyük Britaniya Parlamentində Rəqəmsal Texnologiyalar üzrə Lordlar Palatasının Komitəsinin iclasında çıxış etmək üçün dəvət alıb.

 

Bildirilir ki, android-rəssam robot öz çıxışında süni intellektin müasir incəsənətin inkişafına təsirindən danışacaq. Ai-Da həmçinin yaradıcı peşə sahiblərinin neyron şəbəkələrin aktiv inkişafından qorxmalı olub-olmamaları barədə fikrini bildirəcək. O, neyron şəbəkələrin mətn sorğuları əsasında şəkillər yaratmaq bacarıqlarına insanların münasibəti barədə də şərhlər verəcək.

 

Humanoidin yaradıcısı britaniyalı qalereyaçı Eydan Mellerdir. Robotun çıxışı oktyabrın 11-nə planlaşdırılır. Meller həmçinin 2019-cu ildə “Engineered Arts” şirkəti ilə birlikdə android yaratmışdı.

 

Ai-Da adı isə ilk qadın kompüter proqramçısı Ada Lavleysin şərəfinə qoyulub. Robot kameralarla təchiz olunub ki, bu kameralar ona gözləri əvəz edir. Robot-rəssam həm də danışa, suallara cavab verə və həm də rəsmlər yarada bilir.  /“Daily Mail”/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...