Ayda insanların yaşaması üçün hazırlıqlar BAŞLADI

10:07 09-10-2022 | icon 435 | Maraqlı
Ayda insanların yaşaması üçün hazırlıqlar BAŞLADI

“Lunaria One” tədqiqat təşkilatının avstraliyalı və israilli alimləri Ayda bitki yetişdirmək üçün layihə hazırlayıblar. Layihənin 2025-ci ilə qədər özəl kosmos missiyasının bir hissəsi olaraq işə salınması gözlənilir.

 

Bu barədə Phys.org-un press-relizində məlumat verilib.

 

 

Toxumlar “Beresheet 2” kosmik gəmisi ilə suvarma sistemi olan təzyiqli kameranın içərisində Aya çatdırılacaq.

 

Mütəxəssislər ekstremal şəraitdə yaşaya bilən bitki növlərinin cücərməsini və böyüməsini müşahidə etməyi planlaşdırırlar. Bunlardan biri Avstraliyada yetişən və su olmadan uzun müddət yaşaya bilən “Micraira” cinsindən otdur.

 

Alimlər deyirlər ki, Ay ferması layihəsi Ayda uzunmüddətli insan məskənlərinin qurulması üçün vacib olan qida, dərman və oksigen üçün bitkilərin yetişdirilməsi istiqamətində ilk addımdır.

 

Bundan əlavə, bu platforma vasitəsilə Yer kürəsində ən əlverişsiz şəraitdə qida məhsullarının yetişdirilməsi üçün sistemlərin yaradılması mümkün olacaq. Bu isə iqlim dəyişikliyi şəraitində ərzaq təhlükəsizliyinin əsasını təşkil edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...