Starlink peykləri Yer üçün təhlükə yarada bilər

10:13 09-10-2022 | icon 491 | Maraqlı
Starlink peykləri Yer üçün təhlükə yarada bilər

Astronomlar ABŞ-ın Federal Rabitə Komissiyasından İlon Maskın ikinci nəsil Starlink şəbəkəsi üçün 30 min peykin buraxılmasını nəzərdə tutan layihəsini qadağan etməyi və ya dayandırmağı xahiş ediblər.

 

Alimlərin belə bir xahişlə çıxış etmələrinin səbəbi peyklərin öz parıltısı ilə səmanı bağlaması və göy cisimlərinin tədqiqinə mane olmasıdır.

 

 

Belə ki, Şotlandiyanın Edinburq Universitetinin astronomiya üzrə professoru Endi Lourensin dediyinə görə, Maskın peykləri artıq mütəmadi olaraq astronomik şəkillərdə görünür.

 

Onun sözlərinə görə, rabitə vasitələrinin orbitə çıxarılması davam etdikcə vəziyyət daha da pisləşəcək.

 

Öz növbəsində, Olin Kollecinin (ABŞ) planetologiya üzrə professoru Kerri Nugent hesab edir ki, gələcəkdə Starlink peyklərinin çoxluğu alimlərə vaxtında Yerə yaxınlaşan təhlükəli asteroidin qeydə alınmasına mane ola bilər.

 

Odur ki, Edinburq Astronomiya Cəmiyyəti və Regina Universitetinin (Kanada) nümayəndələri artıq ABŞ-ın Federal Rabitə Komissiyasına İlon Maskın layihəsini dayandırmaq tələbi ilə müraciət ediblər.

 

“İnternetə universal çıxışın təmin edilməsi yaxşı məqsəd olsa da, buna nail olmağın başqa yolları da var. Alternativ üsullar eyni zamanda təbiətə də ziyan vurmur. Önümüzdəki illərdə dayanıb yenidən düşünməsək, bu gün etdiklərimizə görə peşman ola bilərik”, - deyə 179 astronomun imzaladığı müraciətdə deyilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür