“Xocavənddə tapılan kütləvi məzarlıq bir daha erməni qəddarlığının mahiyyətinin nədən ibarət olduğunu və azərbaycanlılara qarşı erməni faşistlərinin törətmiş olduqları qanlı cinayətlərin inkarolunmaz sübutudur”.

 

Versus.az xəbər verir ki, bunu AKP sədri Rauf Qurbanov Xocavənddə tapılan kütləvi məzarlıq və Ermənistanın törətdiyi bu cinayətlərə görə hansı məsuliyyətə cəlb olunması ilə bağlı açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, bu Ermənistanın uzun illərdən bəri Respublikamıza qarşı apardığı işğalçılıq siyasətinin tərkib hissəsidir.


“Erməni vəhşiliyinin beynəlxalq ictimaiyyətə neçə çatdırılmalıdır” məsələsinə gəlincə R.Qurbanov qeyd edib ki, bu hər bir azərbaycanlının, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq qarşısında duran əsas vəzifə borcu olmalıdır.

“Onsuz da ermənilərin Azərbaycanlılara, Azərbaycanın müqqəddəs yerlərinə, tarixi və mədəniyyət abidələrinə qarşı törətmiş olduqları cinayətləri, vandalizm hallarını beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri görməməzliyə vurur, Azərbaycan tərəfindən təqdim olunmuş faktlara laqeyd yanaşır. Dolayı yolla erməni faşizminə dəstək verib, onlara himayədarlıq edirlər.


Bir partiya sədri olaraq hesab edirəm ki, bu cür neqativ hallara baxmayaraq, Azərbaycan xalqı Qarabağ məsələsində bütün umu-küsüləri bir kənara qoyub beynəlxalq ictimaiyyət qarşısında milli həmrəylik nümayiş etdirməli, haqq səsini dünyaya çatdırmaq üçün bir tribunadan çıxış edərək, ərazi bütövlüyü ilə əlaqədar bütün sahələrdə birgə fəaliyyət göstərməlidir .

 


Məhz yalnız bu yollara biz xalqımıza qarşı zaman-zaman törədilmiş ədalətsizlikləri və haqsızlıqları dünya ictimaiyyətinə çatdıra bilərik”.

 

T.Qafarlı

Versus.az