Zahid Orucdan TƏKLİF

11:07 10-10-2022 | icon 280 | Siyasət
Zahid Orucdan TƏKLİF

“Azərbaycana qarşı edilən cinayətlərə görə cəza mexanizmləri yaradılsın”

 

“Ermənilərin Azərbaycan xalqına qarşı cinayətlərinin külliyyatını videoçarxlara, kitablara sığdırmaq mümkün deyil!”

 

Versus.Az x'b'r verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda bildirib.

 

Zahid Oruc qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi Nürnberq prosesini xatırlatdı:

 

“Azərbaycan Ordusu 44 günlük müharibə ilə BMT-nin imicini xilas etdi”. 

 

Zahid Oruc deyib ki, son zamanlar Azərbaycan əsgərlərinin guya erməni hərbçilərə qarşı cinayət törətməsi videolarının yayılması Azərbaycanın qələbəsinə kölgə salmaq məqsədi daşıyırdı. Sosial Tədqiqatlar Mərkəzinin sədri söyləyib ki, bu günə qədər Ermənistanın Azərbaycana qarşı cinayətlərə, Edillidə, Fərruxda tapılan kütləvi məzarlıqlarla bağlı beynəlxalq hüquqi qiymət verilməyib:

 

“Hələ də Xocalı qatilləri olan Sarqsyan, Koçaryan mühakimə edilməyib. Hələ də Fərruxda, Edillidə tapılan kütləvi məzarlıqlara dair beynəlxalq hüquqi qiymətini tapmayıb. Təklif edirik ki, Azərbaycana qarşı edilən cinayətlərə görə cəza mexanizmləri yaradılsın. Həmçinin biz, Azərbaycanın yanında olan, mövqeyimizi dəstəkləyən beynəlxalq fiqurlara dəstək olmalıyıq”. 

 

Zahid Orucun fikrincə, hazırda Azərbaycana, onun ordusuna qarşı kampaniya aparılır. O bildirib ki, Ermənistanın cinayətkar generalları cəzalandırılmalıdır. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI