Praqadan sonra yenə Atəşkəs pozuldu

11:22 10-10-2022 | icon 336 | Siyasət
Praqadan sonra yenə Atəşkəs pozuldu

Akif Nağı: “Bu danışıqlar sülh prosesinə doğru atılan addım olsa da..."

 

 

Avropa Siyasi Birliyinin Praqada keçirilən toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan  ikitərəfli və dördtərəfli görüşlər keçirdib. 

 

Xəbər verildiyi kimi, oktyabrın 6-da Praqada keçirilən Azərbaycan, Ermənistan rəsmilərinin görüşü və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatı erməni hərbi təxribatlarının və sülhə maniə yaradan cəhdlərinin qarşısını ala bildimi?

 

Versus.az-a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı Praqada aparılan danışıqları cülh danışıqlarının davamı kimi müsbət dəyərləndirməklə yanaşı, Ermənistanın və onun havadarlarının bundan yayınmaq üçün müxtəlif bəhanalər edəcəyini istisna etməyib.

 

A.Nağı bildirib ki, hər danışıqlardan sonra Ermənistanın sərhəddə gərginlik yaratmasına illərdir şahidlik edirik. Ona görə də, bu görüşdən sonra da Ermənistanın tez bir zamanda sülhə gələcəyinə inam azdır:

 

"Çünki Ermənistan sülh müqaviləsi bağlamaq fikirndə deyil. Müxtəlif bəhanələrlə sülhdən yayınmağa çalışır. Çünki bu mövcud reallıqlarla barışıb, Azərbaycanın tələblərini  yerinə yetirməkdir. O cümlədən indi Qarabağda yaratmaq istədikləri respublikanın uydurma, işğalçı siyasət olduğunu etiraf etməkdir. Ona görə də Ermənistan rəsmiləri sülh prosesindən kənarda qalmaq üçün müxtəlif bəyanatlar verirdilər. Xarici güclər -ABŞ, Rusiya, Fransanın da mövqeləri Azərbaycanla üst üstə düşmür və məsələnin yarımçıq qalmasında maraqlıdırlar.  Sərhəddə cəbhə bölgəsində baş verənlər onu göstərir ki, bu həmin dövlətlərin maraqlarına cavab verir. Rusiya silahlı qüvvələrinin regionda qalmasını istəyir. Atəşkəs pozulduqca Rusiya sülhməramlı kontingentinin qalması ilə bağlı mövqeyi güclənir. Belə bir mürəkəb bir prosesdə Azərbaycan heç bir güclə hesablaşmadan Türkiyənin müttəfiqliyinə söykənərək, razılığını dəstəyini alaraq yumşaq təzyiq forması ilə Xankəndiyə doğru irəliləməlidir. Xankəndi məsələsi həll olunmalıdr. Xankəndi, Xocalı, Əsgəran, Ağdərədə Azərbaycan qanunları bərpa olunmalıdır. Bu olmasa ermənilər öz təxribatlarını davam edəcək və məsələ həllini tapmayacaq. Artıq Avropanın vasitçiliyi ilə Ermənistanın Azərbaycanın ərazi bütövlüyü ilə razılaşması erməni mahiyyətinə baxanda hələ məsələnin həllli deyil. Lakin görüşdə Prezident İlham Əliyevin qətiyyətli mövqeyi həmin maraqlı güclə bir daha sərt ismarıc kimi qəbul oluna bilər. Prezidentin qətiyyətli mövqeyi Ermənistan və regionda marağı olan o güclərə də öz sözünü dedi. Ermənistan Azərbaycan dövlət sərhədlərini tanımalı və əməl etməlidir. Bunun üçün Ermənistan Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülhə imza atmalıdır. Son Praqa görüşündə Ermənistan baş nazirinin hələ ki, sözdə ərazi bütövlüyümüzü tanıması irəliyə gedişdir. Amma Ermənistanın sərhəddə və daxildə hansı addımları atacağı bəlli deyil”.

 

A.Nağı ermənipərəst Fransanın təşəbbüsü ilə keçirilən görüşdə Türkiyənin də bir tərəf kimi çıxış etməsinin daha ədalətli ola biləcəyini qeyd edib. Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsinə gəlincə, partiya sədri hedab edir ki, artıq bunun Ermənistanın Azərbaycana münasibətindən asılı olacaq:

 

“Bu danışıqlar sülh prosesinə doğru atılan addım olsa da, Ermənistanın və havadarlarının buna nə dərəcədə əməl edə biləcəyi mübahisəlidir. Çünki faktlar sübut edir ki, Ermənistan sözdən yox, yumruqdan anlayır”

 

LƏMAN
Vürsus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

Nura Surinin “Dünyaya qəribəm” klipi

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı