"Cəbrayıl rayonunun azad edilməsi..."

11:41 05-10-2022 | icon 185 | Siyasət
"Cəbrayıl rayonunun azad edilməsi..."

 

 

 

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad etdikləri ilk rayon Cəbrayıl olmuşdur.

 

Tariximizin bu qürurverici hadisəsi 2020-ci ilin 4 oktyabr gününə təsadüf etdi. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində sürətlə irəliləyən qəhrəman əsgərlərimiz hərbi əməliyyatların başlamasından bir həftə sonra Cəbrayıl şəhərini düşmən tapdağından azad etdilər. Müharibənin 1-ci günündə - 27 sentyabrda isə Ermənistan ordusunun mifləşdirdiyi “Ohanyan xətti” - onların ən çox möhkəmləndiyi xətt üzərində yerləşən Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüqzar kəndləri azad edilmişdi.  Cəbrayıl rayonunun azad edilməsi ordumuzun o zaman işğal altında olan digər ərazilərimizə, xüsusən də strateji əhəmiyyətə malik Hadrut qəsəbəsinə, eləcə də Xocavənd, Qubadlı, Zəngilan və Laçın istiqamətində yolunu açdı”.

 

 

Versus.az xəbər verir ki, bu barədə Millli Məclisin sədr müavini Adil Əliyev işğaldan azad olunmuş ərazilərimizdə aparılan abadlıq işləri ilə bağlı açıqlamasında bildirib.

 

A.Əliyev qeyd edib ki, Cəbrayıl rayonunun ərazisində yerləşən, Azərbaycan milli kimliyini və tarixini təcəssüm etdirən Araz çayı üzərindəki Xudafərin körpüsünün azad edilməsi əsgərlərimizin döyüş ruhunu daha da yüksəltmiş, xalqımızın qürur mənbəyinə çevrilmişdir.

 

“Təsadüfi deyildir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan bayrağını Xudafərin körpüsü üzərində dalğalandırmışdır.

Xudafərin körpüsü tarixən mühüm siyasi-coğrafi və strateji əhəmiyyət daşımışdır. Xüsusən də Qarabağ xanları bu körpüyə ciddi diqqət yetirmiş və daim onu nəzarətdə saxlamağa çalışmışlar. Xudafərin körpüsündən əlavə, Cəbrayıl bəyləri tariximizdə, xüsusən Qarabağ xanlığının tarixində özünəməxsus yer tutmuşlar, Cəbrayıl bağları isə öz gözəlliyi və bərəkəti ilə məşhur olmuşdur.

5 yanvar 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş uğurlu Horadiz əməliyyatı sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-ci ilin Aprel döyüşləri nəticəsində isə strateji Lələtəpə yüksəkliyinin azad edilməsi Cocuq Mərcanlıda həyatın normal axına düşməsi üçün zəmin yaratdı. Orada Prezident İlham Əliyevin birbaşa nəzarətə altında böyük bərpa və yenidənqurma işləri icra edildikdən sonra Cocuq Mərcanlıya doğma sakinlərinin qayıdışı mümkün oldu. Bununla da torpaqlarımıza Böyük Qayıdışın bünövrəsi qoyuldu.

 

Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarətdir. Həm iqtisadi potensialına görə, həm də tarixi abidələri və sosial-mədəni obyektlərinə görə zəngin olan rayon işğal dövründə tamamən dağıdılmış və vandalizmə məruz qalmışdır. Cəbrayıl rayonunun işğaldan azad edilməsindən sonra bərpa və quruculuq işlərinə başlanmışdır”.

 

 

Deputat qeyd edib ki, bu gün Cəbrayıl rayonu yeni yaradılmış Şərqi Zəngəzur İqtisadi rayonuna daxildir.

 

Onun sözlərinə görə, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan Araz Vadisi İqtisadi Zonası 200 hektarlıq sahəni əhatə edən geniş bir layihədir və Cəbrayıl rayonunun inkişafında önəmli rol oynayacaq.

 

“Hazırda rayonda bir sıra sosial, mədəni, iqtisadi və infrastruktur obyektlərin təməli qoyulub və inşasına başlanıb. Cəbrayıl sakinlərinin öz doğma torpaqlarına qayıdışı üçün ilk çoxmənzilli yaşayış kompleksi inşa edilir”.

 

 T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı