“Bu cür Forumların keçirilməsi lazımdır və əhəmiyyəti böyükdür”

12:55 07-10-2022 | icon 238 | Geopolitika
“Bu cür Forumların keçirilməsi lazımdır və əhəmiyyəti böyükdür”

 

Ağdamda Milli Şəhərsalma Forumu keçirilir.  Forumda Prezidentin işğaldan azad olunmuş ərazilərin bərpası yönündə etdiyi çıxış,   verdiyi mesajlar nədən xəbər verir? Bu Forumun əhəmiyyəti nədir?

 

Bu istiqamətdə Versus.az-a açıqlama verən siyasi şərhçi əhəd Məmmədli bildirib ki, Forumun Ağdamda keçirilməsi, qısa müddətdə Ağdamın ayağa qalxması və əvvəlki yerini tutması önəmini bir daha ölkə, eləcə də dünya ictimaiyyətinə bəyan etməkdədir.

 

 

Onun sözlərinə görə, dövlət ısa müddətdə Ağdamı yenidən iqtisadi mərkəzə çevirməlidir. Şuşa necə Mədəniyyət Mərkəzidirsə, İqtisadiyyat mərkəzi də Ağdam olmalıdır.

 

“Ona  görə də hesab edirəm ki, bu cür Forumların keçirilməsi lazımdır və əhəmiyyəti böyükdür”. 

 

Ə.Məmmədli qeyd edib ki, Ağdam şəhəri həmişə Qarabağda xüsusi önəm daşıyıb. Hələ sovet  dövründə Ağdam bölgədə ən inkişaf etmiş şəhərlərdən biri olub.

 

“Hələ o vaxt Ağdam Qarabağın iqtisadi mərkəzi idi. Hələ o vaxtlar da Qarabağ ermənilərinin ağdamlılara qarşı xüsusi bir nifrəti var idi. I Qarabağ müharibəsində Ağdam ən çox şəhid verən şəhər oldu. Ağdamın viran qoyulması ermənilərin ağdamlılara qarşı olan xüsusi nifrətindən də irəli gəlirdi. Çünki

ağdamlılar Qarabağda həmişə erməniləri yerlərində otuzdurublar”.

 

Ləman

Versus.az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı