Bu məhbusların işləməsinə şərait yaradıla bilər - TƏKLİF
“Keçmişdə islah əmək düşərgələrində iş yerləri vardı, indi bu sahədə vəziyyət necədir bilmirəm”.
Versus.Az xəbə verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Yüngül cinayətlərə görə insanların həbs edilməsi onların həm ailələrini dolandırmaq, həm də vətəndaşlara vurduğu ziyanı ödəmək yollarını bağlayır. Avropa İttifaqı ölkələrində belə bir təcrübə var ki, yüngül cinayət törətmiş şəxslər həftənin 5 günü işləyir, şənbə-bazar günləri isə gedib həbsxanada otururlar”, - deyə o qeyd edib.
Xəbər lenti
Bakının içməli su təminatında YENİLİK
Yağış sularının idarə olunması və istifadəyə cəlb olunması planlaşdırılır