Deputatdan Sultanbud kurqanı ilə bağlı ÇAĞIRIŞ

16:28 11-10-2022 | icon 359 | Siyasət
Deputatdan Sultanbud kurqanı ilə bağlı ÇAĞIRIŞ

"Böyük əhəmiyyətə malik bu önəmli abidə ilə bağlı işlərin sürətləndirilməsini xahiş edirik”

 

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə ən qədim abidələrimizdən biri olan Sultanbud kurqanı ilə bağlı çağırış edib.

 

Versus.Az xəbər verir ki, millət vəkili bu günkü çıxışında Mədəniyyət komitəsi adından tarix və mədəniyyətimiz baxımından çox önəmli bir abidə - Sultanbud kurqanı ətrafında yaranmış narahatlıqlar barədə danışıb.

 

O, müxtəlif ziyalıların, təşkilatların səsləndirdiyi çağırışları Milli Məclisdən səsləndirib:

 

"Qeyd edim ki, Ağdamın tanınmış ziyalılarından Vüqar Tofiqli komitəmizə müraciət edərək Mədəniyyət komitəsi olaraq Azərbaycanın ən qədim abidələrindən olan Sultanbud kurqanı ətrafında yaranan narahatlıqlarla bağlı bizim də dəstək göstərməmizi xahiş etmişdi. Bunun əsasında Azərbaycan Milli Elmlər Akademiyasına yazdığımız müraciətə AMEA-nın prezidenti vəzifələrini icra edən hörmətli akademik Arif Həşimovdan gələn cavabı ilk öncə sizlərə təqdim etmək istəyirəm. Cavabda deyilir: “Sizin Ağdam rayonu ərazısındə yerləşən qədim tariximizin, maddi- mədəni irs nümayəndələrimizin daşıyıcısı olan Sultanbud kurqanı ətrafında gedən tikinti işləri ilə əlaqədar müraciət məktubunuza Azərbaycan Milli Elmlər Akademiyasında müvafiq qaydada baxılmışdır. Sultanbud kurqanı ilə bağlı həyəcan təbilinizi haqlı hesab edir, hər bir vətəndaşın vəzifəsindən, məqamından asılı olmayaraq tarixi maddi-mədəni irsimizin qorunması istiqamətində bir olmağa səsləyirik. Məlumat üçün bildiririk ki, Sultanbud kurqanına AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, Tarix elmləri doktoru Abbas Seyidov və institutun Tunc dövrü arxeologiya şöbəsinin müdürü, Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, Tarix elmləri doktoru, professor Hidayət Cəfərov tərəfindən ilkin baxış keçirilmişdir və bununla bağlı arayışı sizə təqdim edirik”.

Arayışda isə deyilir ki, Ağdam rayonunun İmamqulubəyli kəndi ərazisində yerləşən Sultanbud kurqanının indiki durumu ilə bağlı indtitutun baş direktorunun tapşırığı ilə Qarabağ Arxeoloji Eksprdisiyasının rəisi olaraq bunları bildiririk: “Respublika deyil, dünya əhəmiyyətli, dağıntıya məruz qalana qədər Cənubi Qafqazın analogu olmayan ən möhtəşəm kurqanı olan Sultanbud kurqanının hündürlüyü 40 metrə, diametri 200 metrə qədər olmuşdur. Çox güman ki, kurqanda Qarabağın ilkin sinifli cəmiyyəti dövrü (e.ə II minillik) hökmdarı dəfn edilmişdir. Çox təəssüf ki, bizim dəfələrlə etirazlarımıza baxmayaraq yerli təşkilatlar tərəfindən kurqanın səthində və ətəklərində müxtəlif xarakterli tikinti işləri aparılmışdır. Bu haqda elmi hesabatlarda geniş şəkildə məlumatlar da yer almışdır, etirazlar səsləndirilmişdir".

Beləliklə kurqanın ümumi görünüşünə əsaslı xələl gətirilmişdir".

 

Qənirə Paşayeva qeyd edib ki, Mədəniyyət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası ilə, Mədəniyyət Nazirliyi, nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin də mövqeyi eynidir ki, yerli təşkilatlar tərəfindən burada gedən sonrakı bütün tikinti, abadlıq, ağacəkmə və sair işlər dayandırılmalıdır və burada böyük bir araşdırmalar aparılmalıdır:

 

"Çünki bu Cənubi Qafqazın ən önəmli abidələrindən biri olmaqla bərabər Azərbaycan tarixi baxımından da ən önəmli tarixi abidələrdən biridir. Ona görə biz buradan bütün qurumların – Mədəniyyət komitəsinin, AMEA-nın, Mədəniyyət Nazirliyin müraciətlərini səsləndirərək yerli qurumları bu işləri dayandırmağı, hökümətimizi isə araşdırmalar üçün vəsait ayrılmasını, Azərbaycan tarixi üçün də, dünya tarixi üçün də böyük əhəmiyyətə malik bu önəmli abidə ilə bağlı işlərin sürətləndirilməsini xahiş edirik”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı