Yol üstündə dava düşdü
Sürücünü dönər bıçağı qana boyadı
İstanbulun Fatih rayonunda zibil konteynerlərindən karton yığan şəxslə minik maşınının sürücüsü arasında başlayan mübahisə qanla bitib.
Belə ki, minik avtomobilinin sürücüsü karton yığan kişidən hərəkətə maneə yaratdığını əsas gətirərək motosikletini yoldan çəkməyi tələb edib.
Tərəflər arasında başlayan söz mübahisəsi karton yığan şəxsin dönər bıçağına əl atması ilə bitib.
Ərtafdakı şəxslər dərhal təcili tibbi yardım xidmətinə müraciət edib.
Xəstəxanaya çatdırılan şəxs reanimasiyaya yerləşdirilib. Həkimlər onun səhhətini qənaətbəxş olduğunu bildirib.
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...