"Sərhədlərin delimitasiyasına Alma-Ata Bəyannaməsi əsas götürülsə belə...-açıqlama

19:26 12-10-2022 | icon 484 | Geopolitika
"Sərhədlərin delimitasiyasına Alma-Ata Bəyannaməsi əsas götürülsə belə...-açıqlama

 

Məlum olduğu kimi oktyabrın 6-da Avropa Siyasi Birliyinin Praqada keçirilən sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçirildi. Baş tutan dördtərəfli görüşdən sonra Yelisey sarayının rəsmi saytında Praqa bəyanatı dərc edildi. Həmin sənədin 1-ci bəndində deyilir ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər. Bu sənəd sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq.

 

Sərhədlərin tanınmasının 1991-ci il Alma-Ata Bəyannaməsinə götürülməsi Nikol Başınyanın təklifi ilə baş tutub. Maraqlıdır, 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən sərhədlərin müəyyənləşməsi hansı xəritələrə əsasən götürülə bilər. Bu, Azərbaycanın Laçın, Tovuz və digər sərhəd rayonları istiqamətində vaxtilə ermənilərə verilən ərazilərimizin geri qaytarılmasında hansı maniə yarada bilər? Yaxud, hansı xəritələr əsas götürülə bilər? 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə hafta.az-a açıqlama verən AMIP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov ilk növbədə xatırladıb ki, 1991-ci ildə Alma-Ata Bəyannaməsini Azərbaycan adından prezident Ayaz Mütəllibov, Ermənistandan prezident Levon Ter-Petrosyan, Belarusdan Ali Sovetinin Sədri Stanislav Şuşkeviç, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Əsgər Akayev, Moldova Prezidenti Mirça Snequr, Rusiya prezidenti Boris Yeltsin, Tacikistan prezidenti Raxmon Nəbiyev, Türkmənistan prezidenti Saparmurat Niyazov, Özbəkistan prezidenti İslam Kərimov və Ukrayna prezidenti Leonid Kravçuk olmaqla 11 dövlət imzalayıb.

 

Bəyannamədə üzv respublikaların bir-birlərinin ərazi bütövlüklərinə hörmətlə yanaşması, mövcud dövlət sərhədlərinin dəyişdirilməyəcəyi və eləcə də suverenlik prinsipinin qorunub saxlanılacağına dair bəndlər var.

Politoloq hesab edir ki, Praqa görüşündə bu Bəyannaməyə istinad edilməsi faktiki olaraq Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu təsdiqləyir.

 

Zaman-zaman SSRİ rəhbərliyi tərəfindən Ermənistana verilmiş tarixi Azərbaycan əraziləri ilə bağlı məqama gəldikdə isə, bildirib ki, Alma-Ata Bəyannaməsi özündə mövcud dövlət sərhədlərinin dəyişdirilməməsini ehtiva etsə də bu məqam indiki mərhələdə sərhədlərin delimitasiyasını yetərli şəkildə həyata keçirməyə imkan vermir.

“Birincisi ona görə ki, hətta 1991-ci ildə belə İttifaq dövlətləri arasındakı sərhədlər şərti sərhədlər hesab olunurdu, çünki üzv dövlətlər arasında bu və ya digər ərazilərlə bağlı mübahisələr var idi. Sadəcə 70 illik Sovet dövründə vahid ittifaqda təmsilçilik, dövlətlər arasında hər hansı sərhəd xətlərinin, kömrük buraxılış məntəqələrinin olmaması həmin mübahisələri arxa plana keçirirdi. Lakin təcrübə göstərdi ki, sərhədlərin dəqiq müəyyənləşdirilməsi aparılmadığından dövlərlər arasında bir-birinin ərazisinə dair iddialar zaman-zaman ortaya çıxır və gərgin vəziyyət meydana gəlir. Məhz bu səbəbdəndir ki, 1991-ci ildə haqqında danışılan Alma-Ata Bəyannaməsini imzalayan Ermənistan ondan sonrakı dövrdə də Azərbaycan qarşı ərazi iddiaları ilə çıxış etdi və nəticə etibarilə müharibə 1994-cü il atəşkəs müqaviləsinə qədər davam etdi. Biz isə 30 illik işğal dövrü yaşadıq. Eyni hal indi Qırğızıstan və Tacikstan arasında da yaşanır. Odur ki, sərhədlərin müəyyənləşdirilməsini 1991-ci il, yəni şərti sərhədlər əsasında həyata keçirmək heç də uğurlu variant deyil.

İkincisi, Azərbaycan qalib ölkədir və qalib ölkə olaraq da zaman-zaman Ermənistana peşkəş edilmiş ərazilərimizlə bağlı iddia qaldırmaq səlahiyyətində olmalıdır. Bəli bizim başqa ölkənin ərazisində gözümüz yoxdur. Amma Sovet işğalına qədər olan, 1921-ci il Moskva və Qars müqavilələri ilə tanınan ərazilərimizin 113,9 min kvadrat kilometr olduğunu nəzərə alsaq deyə bilərik ki, bizim həmin ərazilərlə bağlı iddia qaldırmağa tam hüququmuz çatır. Odur ki, sərhədlərin delimitasiyasına başlamaq üçün Alma-Ata Bəyannaməsi əsas olaraq götürülsə belə, həmin dövrün sərhədləri şərti sərhədlər olduğu üçün konkret ərazilərin delimitasiyası zamanı digər dövrlərin sərhədlərindən də istifadə olunması zəruridir və vacibdir.

Digər bir tərəfdən isə, Azərbaycan ərzilərinin otuz illik işğal tarixi var. Bu dövr ərzində, şəhər, kənd, qəsəbələrimiz yerlə yeksan edilib, talan edilib, dağıdılıb. Mülki obyektlər, tarixi və mədəni abidələr, məscidlər, infrastruktur məhv edilib. Üstəgəl bütün işğal dövründə ərazilərimizdə olan təbii sərvətlər istismar edilib və nəticə etibarilə ölkəmizə dəyəri trilyon dollarlarla ölçülən ziyan vurulub. Bununla bağlı da təzminat olaraq Ermənistandan torpaq tələb etmək hüququmuz var. Çünki Ermənistanın hətta yüz il müddətində belə bu qədər ziyanla bağlı təzminat ödəməyə imkanları yoxdur”.

 

Tahirə Qafarlı

 Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin