Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunmadıqca...-Açıqlama

11:34 11-10-2022 | icon 192 | Siyasət
Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunmadıqca...-Açıqlama

 

 

2020-ci il 44 günlük müharibənin gedişində Ermənistan Azərbaycana qarşı növbəti hərbi cinayətlər törətdi. Qarabağda uğursuzluğa düçar olan erməni faşistləri döyüş bölgəsindən kilometrlərlə uzaqda yerləşən Gəncəni növbəti raket atəşinə tutdu. Oktyabrın 4-də, 5-də, 8-də Gəncə qadağan olunmuş raketlərlə vuruldu. Ermənistan hərbi cinayətkarları oktyabrın 11-i gecə saatlarında “Toçka-U” raket sistemindən istifadə edərək, yenə də şəhərdə insanların sıx yaşadığı məntəqəni atəşə tutdu. Ermənilərin Gəncəyə etdiyi raket hücumları 3 yaşayış binasının dağılmasına, 10 mülki şəxsin ölümünə, uşaqlar da daxil olmaqla 40 nəfərin ağır yaralanmasına səbəb oldu.

 

Lakin hələ də Ermənistan bu vandal cinayətlərinə görə Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmayıb və beynəlxalq təşkilatların bu isitiqamətdə Azərbaycanın haqq səsini müdafiə etməsi hələ ki, görünmür. O zaman yenə də güc Azərbaycanın öz üzərinə düşür və bu erməni hərbi cinayətkarlarının cəzalanması üçün hansı addımlar atılmalıdır?

 

Siyasi şərhçi Aydın Quliyev Versus.az-a açıqlamasında bildirib ki, Gəncəyə atılan raket nəticəsində yaşadığımız faciə Ermənistanın xalqımıza qarşı törətdiyi tarixi cinayətlər silsiləsindən bir nümunədir.

 

“Bu gün 2 il əvvəl Ermənistan hərbi cinayətkalrlarının Gəncəni hansı qadağan olunmuş silahlarla vurduğu, uşaq, qadın, qoca daxil olmaqla neçə insanın həyatına son qoyulması, 3 bunanın tamamilə dağıması dəyən ziyan tam şəkildə hamıya bəllidir və buna görə cinayətkarlar öz cəzasını almalıdır”.

A.Quliyev qeyd edib ki, bu gün Gəncədə ermənilərin törətdiyi vandal hadisəyə 2 il əvvəl baş vermiş hadisə kimi yanaşsaq da, hələ də zərər çəkən insanların yarası sağalmayıb. O, bildirib ki, Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunmadıqca, bu hadisə köhnəlməyəcək.

“ Gəncə hadisəsi hələ də tarixin qatlarına gömülən hadisə deyil. Ən azı ona görə ki, o hadisənin qurbanlarının ruhu narahatdır, o hadisənin zərərləri bu gün yaşayır. Yaralılar, evsiz-eşiksi qalanlar var və ən əsas da bu hadisəyə görə erməni vandallara cəza verilməyib. Ən mühümü də odur ki, bu fakta Beynəlxalq Cinayət Məhkəməsində hüquqi qiymət verilməyib”.

A.Quliyev bildirib ki, ermənilərin Gəncəyə mülki yaşayış məskənlərinə atdığı raket zərbəsi Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlayaraq törətdiyi  cinayətlərədn biridir.

“Vətən Müharibəsinin gedişində Ermənistanın bu cinayətə əl atması təsadüfi deyil. Bu Ermənistanın dövlət səviyyəsində düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirdiyi cinayət idi.  Ermənistan bunun məsuliyyətindən heç vaxt qaça bilməyəcək. Ermənistanda hakimiyyətdə olan elita da dəyişə bilər, erməni xalqının nəsilləri də dəyişə bilər. Amma neçə müddət keçsə də Ermənistan bu cinayət məsuliyyətinin altından çıxa bilməyəcək. Neçə il keçsə də Ermənistan bu cinayətə görə cavab verməli olacaq”.

 

 

Siyasi şərhçi eyni zamanda qeyd edib, ötən iki il müddətində xarici ölkələrin diplomatik nümayəndələri Gəncəyə, Bərdəyə gedib atılan raket zərbələrindən sonracinayət faktları ilə yerindəcə tanış olublar. 

 

 

“Erməni cinayətlərini təsdiq edən faktlar əyani şəkildə göz qabağındadır. Əlbəttə, gözəyirdik ki, diplomatik nümayəndələr həmin hadisələrin beynəlxalq cinayət araşdırması müstəvisində gərəkən addımları atacaqlar. Heç olmasa siyasi bəyanatlar formasında Azərbaycana qarşı Ermənistanın belə bir cinayətlər törədildiyini bildirəcəklər. Amma təəssüflər olsun ki, təəssüflənməkdən başqa bir reaksiya verilmədi. Biz həmin diplomatların gördükləri faktlarla bağlı öz ölkələrinə hansı  hesabatları verdiyini bilmirik. Amma həmin dövlətlərdən Ermənistana qarşı hər hansı ciddi etirazın da verildiyini müşahidə etmədik. Dipomatların bu hadisə ilə bağlı təəssüratlarını ifadə edən, Ermənistanı qınayan yazılarını, müsahibələrini də görmədik. Amma bütün bunlara baxmayaraq biz bu cinayətlərlə bağlı Beynəlxalq Cinayət Məhkəməsində iş qaldıracağıq.  Ermənistanla sülh sazişi imzalanandan sonra müəyyən kürsülərdə -BMT tribunasında, Haqa Məhkəməsində Ermənistanın cinayətləri ilə bağlı xüsusi beynəlxalq məhkəmənin yaradılması təşəşbbüsü ilə çıxış edib onu həyata keçirdə bilərik. Çünki Ermənistanın cinayət əməlləri tək Gəncədə, Bərdədə bitmir. Məlumdur ki, Ermənistan 30 ildir Azərbaycanın bütün rayonlarında çox böyük cinayətlər törədib. Bu cinayətin izləri bir çox işğaldan azad olunan ərazilərdə, bu yaxınlarda isə Xocavəndin Edilli kəndində sayca 3-cü olan kütləvi məzarlıqların aşkarlanması ilə bir daha üzə çıxdı. Əlbəttə ki, Azərbaycan Ermənistanın bütün cinayətlərinə görə onun cinayət məsuliyyətinə alınması üzərində işlər aparacaq. Əlbəttə ki, bu olduqca ağır prosesdir, mürəkkəb işlər tələb edir. Amma Azərbaycanın buna gücü çatacaq, sadəcə zaman lazımdır”.   

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol