Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün müsbət siqnaldan danışıb

16:16 19-01-2019 | icon 382 | Siyasət
Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün müsbət siqnaldan danışıb

 

Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün müsbət siqnaldan danışıb

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün müsbət işarə görür.

Versus.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində son vəziyyətlə bağlı bəyanatında deyilir.

 

Qeyd edilir ki, son aylarda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan danışıqlar, həmçinin yanvarın 16-sı Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə xarici işlər nazirlərinin görüşləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyiş üçün müsbət işarədir.

 

Vurğulanır ki, Aİ onların nəticələrinin, o cümlədən xarici işlər nazirlərinin əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin vacibliyi barədə bu yaxınlarda əldə etdikləri razılaşmanın tam reallaşdırılmasını, həmçinin danışıqların aktivləşdirilməsinə yönəlmiş addımlara baxılmasını səbirsizliklə gözləyir:

 

"Avropa İttifaqı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərinə və təkliflərinə Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi, həmçinin münaqişə ölkələrinin vətəndaş cəmiyyətində etimadın möhkəmləndirilməsi üzrə tədbirlər vasitəsilə tam dəstəyini davam etdirir. Cənubi Qafqaz regionuna öz potensialını reallaşdırmağa kömək edəcək davamlı sülhdən hamı qazanacaq".

Xatırladaq ki, yanvarın 16-da Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə E.Məmmədyarov və Z.Mnatsakanyan arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi