Oktyabrın 13-dən etibarən “CinemaPlus”da

15:33 13-10-2022 | icon 522 | Film
Oktyabrın 13-dən etibarən “CinemaPlus”da

“Komutan” dram filmi

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində oktyabrın 13-dən etibarən Türkiyə istehsalı olan “Komutan” dram filminin nümayişi başlayır.

 

Filmin rejissoru: Selahattin Sancaklı, Mert Kılıç

Baş rollarda: Mert Kılıç, Aslıhan Güner, Can Kızılıtuğ, Emre Bulut

Müddəti 100 dəqiqə. Yaş həddi 16+

Film haqqında qısa məlumat: Xüsusi hazırlanmış bir dəstəyə Suriyada döyüşlər zamanı şəhid olmuş 3 əsgərin nəşini Vətənə geri qaytarmaq tapşırığı verilir. Hər addımında ölüm təhlükəsi olan bu tapşırığı “Soluk Kesen” adlandırılan dəstə necə yerinə yetirəcək?...

 

 

 

“Hörümçək-adam: Evə yol yoxdur” macəra filmi

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “Hörümçək-adam: Evə yol yoxdur” macəra filminin nümayişi başlayır.

 

Filmin rejissoru: Con Vats

 

Baş rollarda: Tom Holland, Zendaya, Benedikt Kemberbetç

 

Müddəti 170 dəqiqə. Yaş həddi 12+

 

Film haqqında qısa məlumat: Mysterio Hörümçək Adamın kimliyini dünyaya açdığı üçün Peter

 

Parkerin həyatı və reputasiyası təhlükə altındadır. Vəziyyəti düzəltmək üçün Peter Stiven Strencə müraciət edir, lakin tezliklə işlər daha təhlükəli olur.

 

 

“Qorxu zirvəsi” dram filmi

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Böyük Britaniya istehsalı olan “Qorxu zirvəsi” dram filminin nümayişi başlayır.

Filmin rejissorları: Culian Gilbi

Baş rollarda: Rayan Filip, Xanna Nyu, Fredi Torp

Müddəti dəqiqə 140. Yaş həddi +16

Film haqqında qısa məlumat: Bir qrup gənc macəraçı Alp dağlarının ən təhlükəli zirvələrindən birini fəth etmək qərarına gəlir. Bir çox həvəskarın zirvəyə qalxmaq cəhdində həyatını itirməsinə baxmayaraq, bu ikili geri çəkilmək fikrində deyil. Ancaq gözlənilən qar fırtınası haqqında şayiələr hələ onlara çatmayıb və indi ekstremal səyahət ölümcül təhlükələrlə mübarizəyə çevriləcək.

 

“Alem-I Cin 3: Salgın” qorxu filmi

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan “Alem-I Cin 3: Salgın” qorxu filminin nümayişi başlayır.

Filmin rejissoru: Gökhan Arı

Baş rollarda: Dilara Ilgaz, Bulut Genç, Ulukan Ağdaş

Müddəti 90 dəqiqə. Yaş həddi 18+

Film haqqında qısa məlumat: Film daha əvvəl möhürlənmiş Alem-i Cin qapısının yenidən açılması ilə başlayan cin epidemiyasından bəhs edir.

 

“Hellouin bitir” qorxu filmi

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “Hellouin bitir” qorxu filminin nümayişi başlayır.

Filmin rejissorları: Devid Qordon Qrin

Baş rollarda: Ceymi Li Kertis, Uill Patton, Kayl Riçards

Müddəti 125 dəqiqə. Yaş həddi 18+

Film haqqında qısa məlumat: Nəhəng bıçaqla və çirkin ağ maskada gəzən inanılmaz qəddar qatil Maykl Mayers haqqında yenidən işə salınan franşizanın son hissəsi. Manyak Mayk Mayers Lauri Strod hekayəsini birdəfəlik bitirmək üçün yenidən ölülər dünyasından geri qayıdır.

 

“80 günə dünya turu” cizgi filmi

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Fransa və Belçika istehsalı olan “80 günə dünya turu” cizgi filminin nümayişi başlayır.

Filmin rejissorları: Samuel Turno

Baş rollarda: Julyen Krampon, Damien Frette, Kessi Çeyz

Müddəti 95 dəqiqə. Yaş həddi 6+

Film haqqında qısa məlumat: Ağıllı Passepartut həmişə səyahət etməyi xəyal edib. Onun bəxtindən ehtiyatsız Phileas çılğın bir mərc etməyə razı oldu - cəmi 80 gün ərzində dünyanı dövrə vurmaq. İndi tamamilə fərqli iki dost qeyri-mümkün olanı etməli və eyni zamanda fantastik canlılar, mənzərəli yerlər və ağıllarını başlarından alacaq sərgüzəştlərlə dolu bütün dünyanı görməlidir.

 

 
 
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az

mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:

IOS link

Android link

əldə edə bilərsiniz.

 

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI