“Bu, Ermənistanın təxribatlarını məhdudlaşdırır”

09:51 14-10-2022 | icon 316 | Geopolitika
“Bu, Ermənistanın təxribatlarını məhdudlaşdırır”

Aytən Qurbanova: "Praqa görüşünün nəticələri ilə bağlı gözləntilərimiz yüksəkdir”

 

“Praqa görüşünün nəticələrini Azərbaycan Respublikasının prinsipial mövqeyinin və davamlı siyasətinin növbəti uğuru kimi qiymətləndirmək lazımdır”.

 

Bu barədə Versus.az-a siyasi şərhçi Aytən Qurbanova Praqa görüşünün nəticələri barədə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, danışıqlar prosesində sülh müqaviləsinin imzalanması üçün əsas şərt olaraq Azərbaycan tərəfinin irəli sürdüyü 5 prinsip yalnız Ermənistan tərəfindən deyil, artıq onun öz maraqlarının müdafiəçisi olaraq ümid etdiyi Fransa kimi tərəfdaşı qismində də qəbul edilmiş oldu.

 

A.Qurbanova hesab edir ki, ortaq bəyanatda qeyd olunan digər mühüm məsələ isə Avropa İttifaqının mülki komissiyasının Ermənistanın Azərbaycanla sərhəd bölgəsində fəaliyyət göstərməsi ilə bağlı razılığın əldə olunmasıdır:

 

“Azərbaycan tərəfi isə bu komissiyanın öz ərazisində fəaliyyətinə icazə verməməklə yanaşı, sadəcə ortaq məqsədlər naminə əməkdaşlığa razı olduğunu bəyan edib. Əslində bu faktın özü belə Ermənistanın suveren xarici siyasətə sahib olmayan dövlət statusunu bir daha təsdiq etmiş olur. Hər bir halda sülh danışıqlarında vasitəçilik edən tərəflərin çoxluğu və dialoqun davam etdirilməsi cəhdləri artıq Ermənistanın sülh prosesini uzatmaq naminə ata biləcəyi təxribat addımlarının fəaliyyət dairəsini bir az daha məhdudlaşdırır. Ona görə də, Praqa görüşünün nəticələrinin daha sürətli şəkildə icra olunması ilə bağlı gözləntilərimiz yüksəkdir”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı